Nida Xəbər
“Əvvəl bir rayonu, sonra bütün Qarabağı qaytaracağıq” – erməni “Komandos” PLANI AÇIQLADI
I Qarabağ müharibəsində azərbaycanlılara qarşı
qəddarlığı ilə xüsusi seçilən və bu gün Ermənistanda işğal
siyasətinin qatı tərəfdarı kimi çıxış edən “Komandos” ləqəbli
erməni general Arkadi Ter-Tadevosyan İrəvanın əraziləri Azərbycana
qaytarmaq istədiyini açıqlayıb.
Publika.az xəbər verir ki, “lragir” saytına
müsahibə verən “Komandos” ənənəvi qaydada Azərbaycanı təhdid edib
və erməni ordusunun ciddi zərbələr vuracağı haqda absurd iddialar
səsləndirib. Lakin o, həm də maraqlı etiraflarla çıxış edib: “Belə
söhbətlər var ki, biz əraziləri təhvil verəcəyik. Əslində, bunu
Minsk qrupu da, Rusiya da istəyir. Lakin bu, bizim sonumuz
deməkdir. Çünki əvvəlcə bir rayonu, daha sonra bütün Qarabağı
qaytaracağıq. Yəni “domino effekti” yaranacaq, sonda isə Ermənistan
yox olacaq”.
Həmçinin, qeyd edib ki, İrəvanda əraziləri qaytarmaq istəyənlər
var.
“Konkret şəxslər var ki, Qarabağın qaytarılmasını istəyirlər. Bu
şəxslər siyasətçilər və diplomatlar arasındadır. Onlar sülh
istəyir”, - deyən erməni general sülhə qarşı çıxıb.
Onun fikirlərini şərh edən erməni ekspertlər də rəsmi İrəvanın
əraziləri qaytarmaq planına razılaşdığını hesab edirlər.
Asif
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...