Nida Xəbər
Türk generalın Qarabağda çəkilmiş NADİR FOTOSU - Ermənilərə qan udduran “RÜZGAR BİRLİYİ"
Mayın 31-də Türkiyənin Şırnak bölgəsində qəzaya uğrayan
helikopterdə 13 nəfərlə birlikdə həlak olan general Aydoğan Aydının
Qarabağda ermənilərə qarşı döyüşdüyünü əks etdirən fotosu
yayılıb.
Publika.az xəbər verir ki, foto 1992-ci ildə Qarabağ
müharibəsində çəkilib.
Fotodakı digər türk hərbçi isə MHP-dən olan keçmiş millət vəkili,
general Engin Alandır.
Türkiyəli politoloq, KAFKASSAM-ın əməkdaşı Ömür Çelikdönmez bu foto
ilə bağlı maraqlı məlumatlar açıqlayıb.
Onun sözlərinə görə, Qarabağ müharibəsi zamanı Azərbaycana dəstək
üçün Alparslan Türkeşin qurduğu “Rüzgar Birliyi”nin 500 xüsusi
təyinatlı hərbçisi müharibəyə yollanmışdı.
“Rüzgar Birliyində təqaüddə olan hərbçilər və hərbi təlim keçmiş
millətçi döyüşçülər var idi. Bu adsız qəhrəmanlar
Ermənistan-Azərbaycan müharibəsinin gedişatına ciddi təsir
göstərdilər və erməni hərbi birləşmələrinin irəliləməsinin
qarşısını kəsdilər. Türkiyədən könüllü göndərilən “Rüzgar
Birliyi”ndən savayı, Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri də
Qarabağ müharibəsində Azərbaycan Ordusuna kömək edirdi. Şırnakdakı
helikopter qəzasına şəhid oln general Aydoğan Aydın da həmin vaxt
Xüsusi Təyinatlı Qüvvələrin qrup komandiri olaraq Qarabağa
yollanmışdı. Həmin vaxt Qarabağ müharibəsində general Engin Alan da
iştirak edirdi. Şəhidlərin və şəhadətlərinə şahidlik edən
qəhrəmanların mübarizəsi Balkanlarda, Qafqazda, Şərqi Türküstanda,
Suriya və İraqda davam edir”, - deyə türkiyəli politoloq
vurğulayıb.
Asif
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefaya göndərdi? - DETALLAR
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ25 Oktyabr 21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama
-
Nida Xəbər 25 Oktyabr 20:32Azərbaycanı hədələyən Oqtay Saral istefa verdi: Özündən ilk açıqlama - Yeniləndi
-
Hadisə25 Oktyabr 19:13Bakıda deputat oğlunun iştirak etdiyi dava ilə bağlı qərar: 5 nəfər həbs olundu - FOTO/YENİLƏNDİ
-
Digər25 Oktyabr 16:44Çində 6 bala yaxın zəlzələ oldu
-
Avropa25 Oktyabr 16:15Polis 1300-dən çox etirazçını saxladı
-
Maraq dünyası25 Oktyabr 15:57Çində dinozavr dişləri olan quş qalığı tapıldı - Foto








.png)
.jpg)



.jpg)







_(1).jpg)












