Nida Xəbər
Lukaşenkodan İrəvana ZƏRBƏ: Slavyan-Türk ittifaqının Qarabağ PLANI
Belarus prezidenti Aleksandr Lukaşenko Dağlıq Qarabağ
münaqişəsinin xarici müdaxilə olmadan həll edilməli olduğunu
açıqlayıb.
Publika.az xəbər verir ki, Minskdə Kollektiv Təhlükəsizlik
Müqaviləsi (KTMT) Təhlükəsizlik Şurasının katibləri ilə görüşən
Lukaşenko “Qarabağ, Dnestryanı, Ukrayna kimi münaqişələr bizim
problemlərimizdir və bu münaqişələri xarici müdaxilə olmadan həll
etməliyik” deyə o vurğulayıb.
A.Lukaşenkonun bu fikirləri İrəvanda narazılıqla qarşılanıb.
Xüsusilə Ermənistan mediası Belarus prezidentinin çıxışını öz
ölkələri üçün təhlükəli hesab edirlər.
Erməni jurnalist Sarqis Artsruni hesab edir ki, Lukaşenko əslində
Bakının nöqteyi-nəzərini dilə gətirib: “Azərbaycan KTMT və Avrasiya
İqtisadi İttifaqının üzvü olmasa da, faktiki olaraq, bu
meydançalardan effektiv istifadə edir. Ermənistan isə bu
strukturlarınn üzvü olmasına baxmayaraq, heç nə edə bilmir. Burada
əlbəttə ki, diplomatiyanın yoxluğundan söhbət gedir. Lakin
ümumilikdə Ermənistan yanlış yerdədir və Azərbaycanın
müttəfiqlərini özünə dost hesab edərək, onlardan mənasız yerə nəsə
gözləyir”.
Erməni jurnalist yazır ki, Qarabağ münaqişəsi
Rusiya-Türkiyə-Azərbaycan oxu üzrə həll oluna bilər.
“Yəni xarici müdaxilə olmadan. Lukaşenko da məhz bunu dilə gətirir.
Burada xarici müdaxilə Qərb nəzərdə tutulur. İstisna deyil ki,
Moskva Belarus prezidentinə belə danışmağı tövsiyə edib. Çünki
Moskva ərazilərin qaytarılması qarşılığında Azərbaycanın siyasi
dəstəyini qazanmağı planlaşdırır”, - deyə o bildirib.
S.Artsruni KTMT və Avrasiya İqtisadi İttifaqının əslində
slavyan-türk ittifaqı olduğunu qeyd edib: “Ermənistan burada yad
bədəndir. Slavyan-türk ittifaqı təkcə Qarabağ münaqişəsini nizama
salmayacaq, həm də Ermənistanı yox edəcək”.
Asif
-
Sosial12:20
Yol hərəkəti qaydalarını pozanlar, dava-dalaş salanlar MÜHARİBƏYƏ GÖNDƏRİLƏCƏK
-
Sosial12:07
Əhməd Əhmədov cəzadan azad edildi - Video
-
Nida Xəbər 11:18
Azərbaycan Ermənistanı Haaqa Məhkəməsinə verdi - İki iddia qaldırılıb
-
Rəsmi xronika11:08
Prezident konfrans iştirakçılarına müraciət ünvanladı - Yeniləndi
-
Region10:30
Rusiya Əliyevlə Paşinyanın məşhur fotosu ilə bağlı bu addımı atdı - FOTO
-
MDB09:12
Putin qubernatorun kostyumu ilə niyə maraqlanıb?
-
Nəqliyyat08:46
Bu yollarda tıxac var - SİYAHI
-
Dünya08:34
İranda bu da oldu: 15 yaşlı qızların dünyaya uşaq gətirmələrinə İCAZƏ VERİLDİ