Türkiyəli səfir: "Dağlıq Qarabağdakı ədalətsizliyə son qoymaq lazımdır"
Bizi izləyin

Nida Xəbər

Türkiyəli səfir: "Dağlıq Qarabağdakı ədalətsizliyə son qoymaq lazımdır"

Türkiyə həmişə Azərbaycanın yanındadır və yanında olacaq.

"Bizim qəlbimizdə bir qapanmayan yara var, bu da Dağlıq Qarabağ münaqişəsidir".

Publika.az xəbər verir ki, bunu Azərbaycan jurnalistləri üçün təşkil olunan iftar süfrəsində çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Onun sözlərinə görə, bu gün İraq, Suriya kimi yerlərdə bir çox ədalətsizliklər davam edir. Amma Dağlıq Qarabağda ədalətsizlik uzun müddətdir mövcuddur: "Bunu sona çatdırmaq lazımdır. Bu ədalətsizlik bitməyincə, regionda sabitlik olmaz. Türkiyə həmişə Azərbaycanın yanındadır və yanında olacaq. O gün mütləq gələcək ki, məsələ də Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapacaq" .

Oxumağa davam et
Reklam
Reklam

Gündəm