Cəbhədə döyüş və Ermənistana AĞIR ZƏRBƏ: Sarkisyan buna görə cavab verəcək
Bizi izləyin

Nida Xəbər

Cəbhədə döyüş və Ermənistana AĞIR ZƏRBƏ: Sarkisyan buna görə cavab verəcək

Cəbhədə gedən gərgin toqquşmalar nəticəsində Ermənistan ordusu 5 itki verib.

Publika.az
xəbər verir ki, düşmən tərəfi itkilərinin sayının 3 olduğunu desə də, Azərbaycan Müdafiə Nazirliyi bu gün səhər saatlarında qarşı tərəfin itkilərinin sayının 5 olduğunu açıqlayıb.

Ermənistan cəmiyyəti itkilərin verilməsinə etiraz edir və İrəvan hakimiyyətinə qarşı çıxır.

Publika.az xəbər verir ki, erməni jurnalist Sarqis Artsruni erməni əsgərlərin ölümünə görə İrəvandakı hakimiyyətin məsuliyyət daşıdığını yazıb.

“Ermənistan hakimiyyətinin məsuliyyətsizliyi, laqeydliyi həyasız səviyyəyə yüksəlib. Bizim hakimiyyətdə satqınlar var. İrəvanda hazırda seçki qələbəsi ilə bağlı verilən ziyafətlər davam edir. Bu hakimiyyət Ermənistanı rus ordusunun poliqonuna çevirdi. Cəbhədə erməni əsgərlər ölərkən hakimiyyət İrəvanda tost qaldırır, kef edir”, - deyə o itkilərlə görə prezident Serj Sarkisyanı ittiham edib.

“Lragir” saytı Ermənistan tərəfinin ciddi zərbə aldığını və böyük itkilərə məruz qaldığını yazıb.

Sayt hakimiyyətin təmas xəttində müdafiə xəttinin möhkəmləndirilməsi haqda dediklərinin yalan olduğunu qeyd edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm