Nida Xəbər
“Müharibə başlayan kimi hamı qaçacaq, Ermənistan...” – Düşmən ölkə üçün MƏHVEDİCİ SSENARİ
İyunun 15-də erməni hərbi birləşmələri cəbhədə yeni
təxribata əl atdı. Azərbaycan Ordusu bir şəhid verdi. Bundan sonra
ordumuzun düşmən təxribatına cavabı nəticəsində Ermənistan
ordusunun 6 əsgəri məhv edildi. Bu, düşmənə layiqli cavab idi.
Azərbaycanın sərt cavabı Ermənistanda hakimiyyətə qarşı etirazların
artmasına səbəb olur. Erməni cəmiyyəti hakimiyyəti satqınlıqda və
ordudakı özbaşınalığa görə ittiham edir. Həmçinin, İrəvanda yeni
müharibənin başlaması xofu da artır.
Erməni jurnalist Sarqis Artsruni yazır ki, Ermənistanın çıxış yolu
yalnız sülhü dəstəkləməkdir: “Çünki yeni müharibənin nəticələrinə
ölkə olaraq dözə bilməyəcəyik”.
Erməni jurnalist qeyd edir ki, genişmiqyaslı müharibə Ermənistan
üçün məhvedici olacaq.
“İlk növbədə ciddi demoqrafik problem yaşanacaq. Çünki insanlar
kütləvi şəkildə qaçacaqlar. Digər tərəfdən, iqtisadiyyatımız da
buna dözməyəcək. Bu baxımdan, genişmiqyaslı müharibə Ermənistan
üçün məhvedici nəticələr doğuracaq”, - deyə o bildirib.
S.Artsruni həmçinin, İrəvanın Moskvaya bel bağlamağının uçuruma
aparan yol olduğunu vurğulayıb. Onun fikrincə, Ermənistanı yalnız
özü xilas edə bilər: “Bunun da yolu sülhdən keçir, çünki sülhün
aternativi yoxdur”.
Asif
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO