Limonovun Qarabağa gizli səfərinin SİRRİ ÇÖZÜLDÜ
Bizi izləyin

Nida Xəbər

Limonovun Qarabağa gizli səfərinin SİRRİ ÇÖZÜLDÜ

Böyük güclər uzun illərdir ki, Dağlıq Qarabağ münaqişəsinin həllinin yalnız sülh yolu ilə mümkün olduğunu dilə gətirirlər. Canubi Qafqazda stabilliyin bərpasında digər ölkələrdən daha çox maraqlı olduğunu deyən Rusiya isə öz növbəsində son 20 il ərzində həm ATƏT-in Minsk qrupunun tərkibində, həm də müstəqil şəkildə intensiv iş apardğını və münaqişənin həllində maraqlı olduğunu göstərməyə çalışır. Lakin paralel olaraq, Ermənistan zaman-zaman Rusiyanın mənfur şəxslərini işğal olunmuş ərazilərə dəvət edirək öz çirkin niyyətindən geri çəkilmir. Faydasız. Çünki bu səfərlərin nəticəsi özlərinin regiona düşmənçilikdən başqa heç nə gəritməyən fəaliyyətləri kimi acınacaqlıdır.

Publika.az-ın xəbər veridiyi kimi, bir neçə gün öncə 74 yaşlı yazıçı Eduard Limonov Qarabağda peyda oldu. Onun “Qarabağ gündəliyi”ndən sitat gərimək yaxşı deyil, nəzərə alsaq ki, bu, başdan-ayağa aqressivlik və sərsəmləmədən ibarətdir. Bu adam əlində silah bir çox qondarma respublikalarda, o cümlədən keçmiş Yuqoslaviyanın ərazilərində olub. Bu baxımdan Limonovun “xidmət dəftərçəsi”ni (bir şəxsin əsl-nəsəbini, təhsilini və hansı hərbi vəzifələrdə olduğunu göstərən sənəd) nəzərə alsaq, onun dəvət olunması təşəbbüsü bir qədər qəribədir.

Yazıçının vətəndaş mövqeyi həmişə siyasi şəraitə uyğun olaraq dəyişib. SSRİ-də möhkəm etiqadlı antisovet adamı kimi tanınırdı, mühacirət dövründə isə kapitalizm əleyhinə ifşaedici materiallar dərc edirdi. “New York Times”ın binası önündə əli qandallı dayanaraq diqqəti cəlb etməyə çalışır, vətəndaşlığı və hayat yoldaşlarını tez-tez dəyişir, Dövlət Dumasına seçkilərdə iştirak edir, Rusiya prezidenti kürsüsünə öz namizədliyinin irəli sürülməsi üçün müxalifətə təklif irəli sürür, Krımın birləşdirilməsini dəstəkləyərək qərb liderlərini aşağılayır, onları təhqir edərək Rusiya hakimiyyət nümayəndəlirinin xoşuna gəlməyə çalışır: “Baxın, diqqətlə baxın, əyilmiş sifətləri və yerişləri onları daha çox qələmə verir, nəinki yalan sözləri. Sifətləri və yerişləri onların iç üzünü açır, sözləri isə gizlədir”.

Limonovun “Milli Bolşevik” paritayısını, hansı ki sonradan dəyişilərək “Başqa Rusiya” oldu, çox az adam tapılardı ki, ciddi qəbul etsin. Limonovçular “Rusiyada rusların hakimiyyəti” qurmaq, “həyasız “qara” və “sarı” “işğalçılar”dan həyati əhəmiyyətli əraziləri geri almaq” istəyirdilər. Limonovun siyasi baxışları çox sadədir – rüsvayçı, məzmunsuz, məntiqsiz. Avrasiyaçılıq ideologiyasının daşıyıcısı Aleksandr Duqin Limonov haqda fikirlərini bölüşərkən: “O, partiyasında olan gənc oğlan və qızların qanını içir, sanki qoca vampir körpələrin qanını içən kimi. Sanki büzüşmüş sifətinə maska qoymaq üçün özünə islatma dərmanı düzəldir”, - deyirdi.

Eduard Limonovun əsərlərindəki söyüşlər, açıq-saçıq səhnələr, homoseksualizm yalnız qısa bir müddət populyarlıq qazandı, amma sonradan yazıçı özünütəsdiq üçün başqa yollar axtarmağa başladı. Azərbaycanın Eduard Limonovu işğal altındakı ərazilərə səfərinə görə Persona non-qrata elan etməsi yazıçının öz problemidir.

İncəsənət xadimləri azərbaycanlıları və erməniləri silahı yerə qoymağa, təmiz niyyətlə danışıqlar masasına oturmağa çağırarkən, Rusiyada millətlərarası düşmənçilyi yaratmağa çalışan, lakin ümidsizliyə düçar olan bu üzdəniraq rus yazıçısı indi bu işi Qafqazda görməyə cəhd edir. Bu da cəmiyyətin problemidir.

Zaur H.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm