Nida Xəbər
Amerika təyyarəsi Xankəndinə endi: Ermənilər ATƏŞLƏ OYNAYIR - FOTO/VİDEO
Ermənistan Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində
yaradılan aeroportda uçuşlarla bağlı festival keçirib.
Publika.az news.am-a istinadən xəbər verir ki, aviasiya
festivalı iyunun 17-də başlanıb.
Festivalın məqsədi xarici turistləri Dağlıq Qarabağa cəlb etməkdir.
Yüngül motorlu təyyarələrin iştirak etdiyi festivalın stendləri
Yaponiyadan tutmuş ABŞ-a qədər bir çox ölkədə nümayiş etdirilib.
Festivalda Qarabağa qeyri-qanuni səfər edən əcnəbi turistlər də
iştirak edib.
Diqqət çəkən məqam isə uçuşda qondarma DQR-in “bayrağı” rəngində
olan təyyarənin Amerika istehsalı olan CH 701 olmasıdır. Uçuşlar
işğal altındakı Şuşadan Xankəndi marşrutu üzrə həyata
keçirilib.
Qeyd edək ki, İrəvan rejimi Xankəndi aeroportuna xarici təyyarələri
qəbul etmək, eləcə də Ermənistan digər bölgələrindən bura uçuşları
həyata keçirmək niyyətindədir. Lakin beynəlxalq konvensiyaya görə,
Azərbaycanın işğal edilmiş ərazilərin hava məkanında uçan istənilən
təyyarəni vurmaq hüququ var. Buna görə İrəvan planlarını təxirə
salıb. Lakin bu festivalın gələcəkdə uçuşların həyata keçirilməsinə
hazırlıq olduğu da istisna deyil.
Asif
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi
-
MDB13:33
Simonyanın İspaniyadakı çıxışı Rusiyanı qəzəbləndirdi: Senatorlara göstəriş verildi
-
Qoroskop13:25
Gecə 03:48-də başladı: mayın 10-a qədər... - Astroloqdan ŞOK XƏBƏRDARLIQ
-
İdman12:36
Görün ulduz futbolçuların xanımları hansı peşələrdə çalışırmış - FOTOLAR
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"