Ermənilər Şuşada Azərbaycan bayrağının dalğalanmasına "hə" DEDİ - Badalyandan ŞOK ETİRAF
Bizi izləyin

Nida Xəbər

Ermənilər Şuşada Azərbaycan bayrağının dalğalanmasına "hə" DEDİ - Badalyandan ŞOK ETİRAF

“İndi 1988-ci il deyil, bunu anlamaq lazımdır. Cəmiyyətdə çoxları qarabağlı prezidentləri və 1 mart hadisələrini gördü. Yəni, inanmayın ki, Qarabağda nəsə olacaqsa, İrəvanda onun müdafiəsi üçün aksiyalar keçiriləcək. Çünki şüurlar dəyişib”.

Publika.az
xəbər verir ki, bu barədə siyasi və seçki texnologiyalar üzrə erməni ekspert Armen Badalyan deyib.

Onun sözlərinə görə, 20 il sonra cəmiyyət dəyişib: “Qarabağ məsələsinin mahiyyəti də dəyişib. Sirr deyil ki, Qarabağdan olan ikinci prezident Robert Koçaryanı, üçüncü prezident Serj Sarkisyanı, həmçinin, onun qardaşlarını gördülər. Mən insanlara dəfələrlə deyirəm: Əgər siz Şuşada Azərbaycan bayrağının dalğalandığını görsəniz, gözləməyin ki, İrəvanda yüz minlik etiraz aksiyası keçiriləcək. Mümkündür ki, daşnaklar mitinq keçirəcəklər və bir neçə min insan toplanacaq, lakin anlamaq lazımdır ki, Qarabağ qələbəsinin mənası tamamilə itirilib”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm