Nazir: "Ermənistan vəziyyəti gərginləşdirməklə danışıqları pozmaq siyasətini yürüdür"
Bizi izləyin

Nida Xəbər

Nazir: "Ermənistan vəziyyəti gərginləşdirməklə danışıqları pozmaq siyasətini yürüdür"

Azərbaycan xarici işlər naziriElmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri Stefan Viskonti, İqor Popov, Riçard Hoqland və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik ilə görüşüb.

XİN-in mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, görüşdə mövcud “status- kvo”nun qeyri-davamlı və qəbuledilməz olduğu qeyd olunaraq onun substantiv danışıqlar yolu ilə dəyişdirilməsinin vacibliyi vurğulanıb.

Nazir münaqişənin həllində irəliləyişə nail olmaq üçün hazırda danışıqlar masasında olan təkliflərə uyğun olaraq Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı olduğunu bildirib. Nazir diqqəti Ermənistanın təmas xəttində törətdiyi son təxribatlara çəkərək Ermənistanın məqsədyönlü şəkildə bu kimi təxribatlar və vəziyyəti gərginləşdirmək yolu ilə danışıqlar prosesini pozmaq siyasətini yürütdüyünü qeyd edib.

E.Məmmədyarov Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirdiyi qeyri-qanuni əməlləri, o cümlədən məskunlaşdırma, maddi-mədəniyyət abidələrinin talan və məhv edilməsi, qanunsuz uçuşların təşkil edilməsi, iqtisadi fəaliyyətin aparılması kimi məsələlərə toxunub. O əlavə edib ki, Ermənistanın işğal olunmuş ərazilərdə həyata keçirdiyi bu kimi qeyri-qanuni əməlləri münaqişənin həlli üzrə danışıqlara ciddi maneə olur.

Görüş əsnasında həmçinin danışıqlar prosesinin intensivləşdirilməsi dair fikir mübadiləsi aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm