Cəbhədə ələ keçirilən erməni kəşfiyyatçısının görüntüləri yayıldı - - VİDEO
Bizi izləyin

Nida Xəbər

Cəbhədə ələ keçirilən erməni kəşfiyyatçısının görüntüləri yayıldı - - VİDEO

Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupunun ələ keçirilən üzvünün foto və videosunu yayıb.

Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupunun ələ keçirilən üzvü deyib:

“Mən, Zaver Hovanis Karapetyan 16 noyabr 1974-cü ildə Noyemberyan rayonunun Dovex kəndində anadan olmuşam. Hazırda Noyemberyan rayonunun Dovex kəndində yaşayıram.

Mən kənd sakiniyəm. Pul müqabilində ödənişli döyüş növbətçiliyinə cəlb olunuram.

Əlverişsiz hava şəraitindən istifadə edərək yəni yağışlı, dumanlı və havanın qaranlıq vaxtlarından istifadə edərək, Azərbaycan Silahlı Qüvvələrinin döyüş mövqeləri istiqamətinə irəlilədik.

Məqsədimiz Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin yerləşdiyi mövqeyə basqın edərək orada olan əsgərləri öldürmək olub.

Qrupumuzun tərkibində iki nəfər yaralı oldu və digərləri yaralıları götürərək erməni mövqeləri istiqamətinə qaçdılar.

Qrupun digər üzvləri yaralı olan iki əsgəri götürərək Ermənistan mövqeləri istiqamətində hərəkət etdilər. Mən qaça bilmədim. Və gizlənmək qərarına gəldim. Daha sonra Azərbaycan Silahlı Qüvvələrinin əsgərləri məni ələ keçirdilər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm