Putinin adamı Qarabağ danışıqlarının GİZLİ TƏRƏFİNİ AÇDI: İrəvan masadan qaçdı, indi...
Bizi izləyin

Nida Xəbər

Putinin adamı Qarabağ danışıqlarının GİZLİ TƏRƏFİNİ AÇDI: İrəvan masadan qaçdı, indi...

“Qarabağda aprel döyüşlərinin yenidən təkrarlanması ehtimalı var. Hərbi təlimlərin keçirilməsinə də bu kontekstdən baxa bilərik”.

Publika.az
xəbər verir ki, bu barədə Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, Rusiya İctimai palatasının üzvü, Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov deyib.



Onun sözlərinə görə, ötən il “Kazan düsturu” üzrə əldə olunan razılaşmalar pozulub: “Xatırladım ki, “Kazan düsturu” Qarabağ ətrafındakı rayonların Azərbaycana qaytarılmasını, əvəzində Ermənistanın blokadadan çıxarılmasını, regionda ATƏT-in nəzarəti ilə silahsızlaşdırma prosesinin başlanmasını nəzərdə tuturdu. Bir il öncə tərəflər bütün bunlar haqqında demək olar ki, razılaşdılar, lakin sonradan danışıqlar təxirə salındı”.

S.Markov qeyd edib ki, danışıqların ləğv olunması yeni müharibənin real təhlükəsini yaradır: “Hər iki tərəf buna hazırlaşır. Azərbaycan göstərmək istəyir ki, ordusu kifayət qədər güclüdür və sülh danışıqlarında irəliləyiş olmasa, problemi hərbi yolla həll edəcək. Ermənistan da status-kvonu saxlamaq üçün müharibəyə hazır olduğunu göstərmək istəyir”.

Lakin rusiyalı politoloq müharibənin yayda başlanması ehtimalının az olduğunu deyib.

“Turizm mövsümü başlayır, bu baxımdan, toqquşmaların yayda başlayacağı ağlasığmaz görünür. Lakin payızda aktiv toqquşmaların olması ehtimalı yüksəkdir”, - deyə o bildirib.

S.Markov beynəlxalq vasitəçilərin münaqişənin həlli istiqamətində fəal işləməyi dayandırdığına diqqət çəkib. Qeyd edib ki, danışıqlar prosesindən heç bir xəbər yoxdur: “Bu baxımdan düşünürəm ki, yeni müharibə başlayarsa, ATƏT-in Minsk qrupu bunu dayandıra bilməyəcək”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm