Bakının bir hücumla Qarabağı azad etmək PLANI – Düşməni titrədən SİLAH - – VİDEO/FOTO
Bizi izləyin

Nida Xəbər

Bakının bir hücumla Qarabağı azad etmək PLANI – Düşməni titrədən SİLAH - – VİDEO/FOTO

“Azərbaycan Qarabağı qaytarmağa hazırlaşır”.

Publika.az
xəbər verir ki, bu barədə rusiyalı hərbi ekspert Aleksandr Xramçik deyib.

Onun sözlərinə görə, Azərbaycan Rusiyadan silah alır: “Rusiyanın nöqteyi-nəzərindən bu, ticarətdir, çünki Azərbaycan pulunu ödəyərək silahları əldə edir. Lakin Azərbaycanın nöqteyi-nəzərindən bu, gələcək müharibəyə hazırlıqdır”.

Hərbi ekspert vurğulayıb ki, Azərbaycan silahları əldə etdikcə, daha da güclənir.

“Müharibəni kimin başlamasının heç bir fərqi yoxdur, lakin əsas olan budur ki, Azərbaycan bir hədəfə hazırlanır – Qarabağı qaytarmaq”, - deyə o bildirib.

Qeyd edək ki, iyunun 24-də Rusiyadan Azərbaycana 42 eşelon silah-sursat gətirilib. Gətirilən texnika arasında “Xrizantema S” raketləri diqqət çəkib.

“Xrizantema-S” kompleksi BMP-3 piyada döyüş maşınının bazasında yığılıb. Raket kompleksi mürəkkəb relyefə malik ərazilərdə saatda 45 kilometr sürətlə hərəkət edə bilər. Şosse yolda isə saatda 70 kilometr sürət yığır, dolu yanacaq çənləri ilə 600 kilometr yürüş məsafəsinə malikdir.

“Xrizantema-S” döyüş mövqeyini cəmi 20 saniyədə alır. Bunun üçün maşının dayanması və daim döyüşə hazır olan iki “Xrizantema” raketinin hədəfə buraxılması kifayətdir. Üstəlik, iki raketi eyni vaxtda buraxıla və müxtəlif məsafələrdən iki müxtəlif hədəfi vura bilər.

Bununla yanaşı, “Xrizantema-S” kompleksi hədəfi operatorun onu görüb-görməməsindən asılı olaraq, istənilən hava şəraitində məhv edə bilər. Üç “Xrizantema-S” kompleksi düşmənin böyük sayda qüvvəsinin qarşısını uzaq məsafədən almağa qadirdir. Bu komplekslər döyüşə başlayaraq düşmənin hücum edən tank rotasınının hücumunu poza, cəmi bir neçə saniyədə rotanın tanklarının yarısından çoxunu məhv edə bilər. Və bütün bunlar düşmənin özünə gəlib cavab tədbirinə əl atmasına qədər baş verəcək. “Xrizantema-S” 400 metrdən 6 min metrə qədər hədəfləri vura bilir. Bu raket kompleksinə “Tank qatilləri” də deyilir.

A.Xramçik hesab edir ki, məhz bu texnikanın alınması yaxın gələcəkdə Qarabağda müharibənin başlaya biləcəyinə işarədir: “Azərbaycan müharibədə ciddi şəkildə üstünlük əldə edir və görünən budur ki, Bakının tək müharibə ilə Qarabağı azad etmək planı var”.

Azərbaycanın bu raket kompleksini əldə etməsi Ermənistanda ciddi qorxu yaradır.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm