İcra başçısı: “Ermənilər bu cür əməllərlə bizdə qorxu yarada bilməzlər"
Bizi izləyin

Nida Xəbər

İcra başçısı: “Ermənilər bu cür əməllərlə bizdə qorxu yarada bilməzlər"

"Hazırda rayonumuzda vəziyyət normaldır. Əhali arasında heç bir narahatlıq yoxdur, hər kəs öz işi ilə məşğuldur".

Publika.az xəbər verir ki, bu sözləri Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev deyib.

Onun sözlərinə görə, istər Alxanlıda, istərsə də digər ətraf kəndlərdə vəziyyət stabildir:

“Ermənilər bu cür əməllərlə bizdə qorxu yarada bilməzlər. Heç bir füzulili ermənilərin bu cür təxribatlarından qorxmur. Hamı əkin-biçinlə, gündəlik işlərilə məşğuldur. Heç bir sakinimiz evini tərk etməyib".

Qeyd edək ki, dünən axşam saatlarında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonun Alxanlı kəndinin müki əhalisinin və mülki obyektlərinin hədəflənmiş şəkildə 80 və 102 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutub. Nəticədə 1967-ci il təvəllüdlü Quliyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra həlak olublar. Digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz yaralanıb və mülki obyektlərə zərər yetirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm