AXC-nin 100 illik yubileyinə dair Tədbirlər planı təsdiqləndi
Bizi izləyin

Nida Xəbər

AXC-nin 100 illik yubileyinə dair Tədbirlər planı təsdiqləndi

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsinə dair AMEA-nın Tədbirlər planı təsdiq edilib.

Publika.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin bugünkü iclasında çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyinə dair İstiqlal bəyannaməsinin qəbul olunduğunu qeyd edərək AXC dövründə bütün ölkə vətəndaşlarına bərabər hüquqların verildiyini, irqi, milli, dini və sinfi ayrıseçkiliyin ləğv edildiyini söyləyib. Akademik AXC parlamentinin qəbul etdiyi qanunların dövlət müstəqilliyinin möhkəmləndirilməsi, mədəniyyət və maarifçiliyin inkişafı baxımından əhəmiyyətini qeyd edib.

Azərbaycan xalqının ötən dövr ərzində milli dövlətçilik atributlarının bir çoxunu qoruyub saxladığını deyən akademik ümummilli lider Heydər Əliyevin respublikada uğurla həyata keçirdiyi siyasətin xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdiyini, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularını gücləndirdiyini əlavə edib.

Akademik bu siyasətin hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, ölkə rəhbərinin imzaladığı "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" Sərəncamın bu diqqət və qayğının göstəricisi olduğunu vurğulayıb.

Rəyasət Heyəti dövlət başçısının müvafiq Sərəncamının icrasından irəli gələn məsələlərin həlli və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunması məqsədilə AMEA-nın Tədbirlər planının təsdiq olunması haqqında qərar qəbul edib. AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrinə daxil olan institutlarda 2017-2018-ci illər ərzində yubileylə bağlı bir sıra respublika və beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi, məqalələr, müxtəlif kitablar, sənədlər toplusu, elmi-biblioqrafik göstəricilər, monoqrafiyaların nəşri, həmçinin sərgilərin təşkili Tədbirlər planında yer alıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm