Avropanın mərkəzi şəhərlərində etirazlar başlayır - Zəhranın qətlinə görə
Bizi izləyin

Nida Xəbər

Avropanın mərkəzi şəhərlərində etirazlar başlayır - Zəhranın qətlinə görə

2 yaşlı Zəhranın Ermənistan ordusu tərəfindən qətlə yetirilməsi Avropanın bir çox ölkələrində etiraz aksiyaları, yürüşlər, fleşmoblar vasitəsilə diqqət mərkəzinə gətiriləcək. Diasporla İş üzrə Dövlət Komitəsi artıq bir çox xarici ölkələrdə hadisə ilə bağlı tədbirlərin keçirilməsi üçün qəti addımlar atıb. Qurumun mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, hazırda icazə alınma prosesi gedir və sabahdan etibarən Avropa ölkələrində etiraz aksiyalarına başlanacaq.

“Aksiyalar, bəyanatlar, fleşmoblar, yürüşlər tədbirlər planımızın tərkib hissəsidir. Artıq icazə alınmaq prosesi gedir. Dünəndən bəri danışıqlar aparırıq, sabahdan isə aksiyalarımız başlayır. Kişniyovda, Kiyevdə, Berlində, Brüsseldə, Haaqada və s. şəhərlərdə aksiyaların keçirilməsi nəzərdə tutulub.

Müddət olaraq tədbirlərin nə qədər davam edəcəyi məlum deyil. Hər şey icazələrin verilmə müddətindən asılıdır. Proses nə vaxta kimi uzansa, biz də o vaxta qədər tədbirlərimizi keçirəcəyik”.

Sabah Moldovada – Kişniyovda mərkəzi meydanda fleşmob və etiraz aksiyası olacaq. Ayın 8-də analoji tədbirlər Mərkəzi Brandenburq qapılarının ağzında keçiriləcək. Eyni zamanda, Haaqada Ermənistan səfirliyinin qarşısında aksiya olacaq. Kiyevdəki ATƏT-in ofisinin qarşısında etirazlar keçiriləcək”.

Qeyd edək ki, aksiyalarda “Ermənistan, təcavüzə son qoy!”, “Uşaq qatiləri cəzasız qalmasın”, “Azərbaycan ərazilərini işğalçı ordu tərk etməlidir” kimi şüarlar səsləndiriləcək. Ermənistanın işğalçılıq və soyqırımı siyasəti, təcavüzkar ölkənin hərbçilərinin mülki şəxsləri atəşə tutması barədə məlumat dünya birliyinin diqqətinə çatdırılacaq.

Amin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm