Gənclər Alxanlı hadisəsinə görə dünyaya MÜRACİƏT ETDİ
Bizi izləyin

Nida Xəbər

Gənclər Alxanlı hadisəsinə görə dünyaya MÜRACİƏT ETDİ

Gənclər Mərkəzi İctimai Birliyinin İdarə Heyəti iyulun 4-də axşam saatlarında Ermənistan silahlı qüvvələrinin Füzuli rayonu Alxanlı kəndini atəşə tutması nəticəsində 2 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib.

Publika.az xəbər verir ki, təşkilatın hazırladığını bəyanatda bu cür halların münaqişənin həllində başlıca mane olduğu vurğulanıb:

“ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfərindən sonra həmsədrlər və beynəlxalq təşkilatlar ciddi danışıqlar yolu ilə status-kvonun dəyişdirilməsinə çağırışlar etdiyi halda Ermənistan tərəfi mülki şəxslərin və uşaqların qəsdən öldürülməsinə yönəlmiş hücumların edilməsi sistematik xarakter daşıyır. Bu isə həmin münaqişə zonasında gərginliyin yaranmasının əsas səbəbidir və münaqişənin siyasi həllinə başlıca maneədir. Azərbaycan Respublikasında fəaliyyət göstərən, bir çox beynəlxalq tədbirlərin aktiv iştirakçısı, beynəxalq və xarici ölkələrin gənclər təşkilatları ilə sıx əməkdaşlıq edən Qeyri-Hökümət Gənclər Təşkilatı olaraq məqsədimiz, uşaq və gənclərin beynəlxalq konvensiyalarla qorunan hüquqlarının müdafiəsidir. Bütün beynəlxalq təşkilatlardan, hüquq müdafiəçilərindən baş verən bu vandalizmə, terrora münasibət bildirmələrini xahiş edirik. Xahiş edirik ki, Ermənistanı beynəlxalq hüquq normalarına əməl etməyə və törətdiyi təxribata cavab verməyə çağırasınız”.

Qeyd edək ki, iyulun 4-də 20:40 saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndininin mülki əhalisinin yaşadığı ərazisi artilleriya qurğularından və digər ağır silahlarından intensiv atəşə tutulub.Bu zamanı mərmilərdən biri kənd sakini Salman Quliyevin evinin həyətinə düşüb. Partlayış nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2 yaşlı Zəhra Quliyeva həlak olublar. Digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz yaralanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm