Qarabağda tammiqyaslı döyüşlər BAŞLAYA BİLƏR - ABŞ-dan MÜHARİBƏ XƏBƏRDARLIĞI
Bizi izləyin

Nida Xəbər

Qarabağda tammiqyaslı döyüşlər BAŞLAYA BİLƏR - ABŞ-dan MÜHARİBƏ XƏBƏRDARLIĞI

ABŞ-ın “The Washington Post” nəşri Ermənistanın Füzuli rayonunun Alxanlı kəndində mülki azərbaycanlılara hücumu haqda yazıb.

Publika.az
xəbər verir ki, “Azərbaycanın kənd sakinlərinin ölümü yeni hərbi qorxuları gətirir” adlı məqalədə erməni hərbi birləşmələrinin iki yaşlı Zəhra Quliyeva və onun nənəsi 1967-ci il təvəllüdlü Sahibə Quliyevanın qətlə yetirdiyi, 1965-ci il təvəllüdlü Sərvinaz Quliyevanın isə yaralandığı qeyd olunur.

“Hərbi attaşelər və xarici jurnalistlər öldürülən azərbaycanlıların yas mərasimində iştirak etdilər. Həmin vaxt kənd sakinləri qışqırırdı ki, yalnız müharibə onları həqiqətən azad edə bilər. Sahibə Quliyeva və iki yaşlı Zəhranın ölümü onilliklər boyunca “dondurulmuş” olan Dağlıq Qarabağ münaqişəsində sonuncu tökülən qanlar idi”, - deyə məqalədə bildirilir.

Nəşr yazır ki, beynəlxalq vasitəçilər münaqişənin həllini tapmağı bacarmırlar: “Qorxular davam edir ki, tammiqyaslı müharibə yenidən başlayacaq. Zəhranın öldürülməsi Azərbaycanda böyük qəzəbə səbəb olub. Alxanlı kəndinin sakini, 37 yaşlı Qurban İsmayılov “Biz torpaqlarımızı azad etmək üçün Prezident İlham Əliyevdən əmr gözləyirik” deyə bildirir”.

Nəşr Qarabağ münaqişəsində müharibənin yenidən alovlana biləcəyini vurğulayır.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm