“Azərbaycan bizi bu silahlarla məhv edəcək” – Ermənistanda MÜHARİBƏ QORXUSU
Bizi izləyin

Nida Xəbər

“Azərbaycan bizi bu silahlarla məhv edəcək” – Ermənistanda MÜHARİBƏ QORXUSU

Erməni hərbi birləşmələrinin Füzuli rayonunun Alxanlı kəndinə hücum edərək iki yaşlı Zəhranın və nənəsini qətlə yetirməsi bu ölkənin ictimaiyyətində müharibə qorxularını artırıb.

Publika.az
xəbər verir ki, erməni jurnalist Sarkis Artsruni müharibənin başlayacağı haqda yazıb.

Erməni jurnalist qeyd edir ki, “biz müharibəyə yaxınlaşdıq və bu, Ermənistan üçün böyük təhlükə ola bilər”.

“Hətta “aprel müharibəsi”ndən də təhlükəli olan döyüş başlaya bilər. “Aprel müharibəsi” “ildırımsürətli” idi. İndi isə müharibənin motivləri çox dərin və çoxqatlıdır”, - deyə o vurğulayıb.

S.Artsruni yazır ki, Azərbaycan Dağlıq Qarabağda mövcud statrus-kvonu dəyişdirmək üçün geri çəkilməyəcək: “Ermənistanda isə Serj Sarkisyan öz hakimiyyətinin ömrünü uzatmaq üçün bu müharibədən istifadə edir”.

Digər erməni jurnalist Tavos Arşakyan isə mümkün müharibədə Rusiyanın Ermənistanı müdafiə etməyəcəyini düşünür.

“Rusiya Azərbaycana silah satır və qarşıdakı müharibədə Azərbaycan bu silahlarla bizim əsgərləri məhv edəcək. Rusiya isə “müttəfiq” Ermənistanın yox, dostu Azərbaycanı müdafiəsində duracaq”, - deyə o yazıb.

Rusiyalı politoloqlar da Dağlıq Qarabağ üfüqündə müharibənin göründüyünü hesab edirlər.

Rusiya İctimai Palatasının üzvü, Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, politoloq Sergey Markov hesab edir ki, münaqişə “isti mərhələ”də davam edir: “Dinc sakinlərin həlak olması qorxunc göstəricidir. Görünür, sülh danışıqları başlamasa, hərbi toqquşmaların yeni parıltısı olacaq və bu döyüşlər böyük qurbanlara səbəb olacaq. Buna görə də tərəflər substantiv danışıqlara başlamalıdır. Dünya ictimaiyyəti xüsusilə Ermənistana təzyiq göstərməlidir. Münaqişə “Kazan düsturu” çərçivəsində həll oluna bilər”.

Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev isə münaqişənin nizama salınması üçün beynəlxalq vasitəçilərin hərəkətə keçməsinin vacib olduğunu vurğulayıb.

“Əgər heç nə edilməsə, müharibə başlayacaq. Vasitəçilər hərəkətə keçməli və beynəlxalq hüquqa uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır”, - deyə o bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm