AŞPA-nın həmməruzəçiləri birgə bəyanat yaydı
Bizi izləyin

Nida Xəbər

AŞPA-nın həmməruzəçiləri birgə bəyanat yaydı

Avropa Şurası Parlament Assambleyasının Monitorinq komitəsinin Azərbaycan və Ermənistan üzrə həmməruzəçiləri Füzulirayonunun Alxanlı kəndində baş vermiş hadisədən narahatlıqlarını ifadə ediblər və 2 yaşlı uşaq da daxil olmaqla, dinc sakinlərin həyatını itirməsindən təəssüfləndiklərini bildiriblər.

AŞPA-nın saytı xəbər verir ki, bu barədə Ermənistan üzrə həmməruzəçilər Alan Meale və Cuzeppe Galati və Azərbaycan üzrə həmməruzəçilər Stefan Şennak və Sezar Florin Predanın birgə bəyanatında deyilir. Onlar tərəfləri atəşkəs rejiminə əməl etməyə və ATƏT-in Minsk qrupunun himayəsi altında danışıqlar masasına qayıtmağa çağırıblar.

Həmməruzəçilər münaqişənin hərbi yolla həllinin olmadığını qeyd ediblər. Onlar münaqişənin bütün qurbanlarının ailələrinə başsağlığı veriblər. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm