Sabir Rüstəmxanlı: "Bu məsələ Qarabağ münaqişəsinin gedişatına öz təsirini göstərəcək"
Bizi izləyin

Nida Xəbər

Sabir Rüstəmxanlı: "Bu məsələ Qarabağ münaqişəsinin gedişatına öz təsirini göstərəcək"

Alxanlı kəndindəki faciənin xarici dövlətlərdə təbliği və buna hüquqi qiymət verilməsi üçün səfirlikər qədər diaspor təşkilatlarının da üzərinə yük düşürdü. Avropanın əksər ölkərində Azərbaycan diaspor təşkilatları var.

Xalq şairi, Dünya Azərbaycanlıları Konqresinin üzvü Sabir Rüstəmxanlı Publika.az-a bildirib ki, bu məsələdən sonra yaranan siyasi durum Qarabağ münaqişəsində öz təsirini büruzə verəcək:

“Ayrı-ayrı fəallarımız, Azərbaycanla sıx bağlı olan diaspor nümayəndələri bu məsələyə münasibətlərini bildirdilər. Biz Dünya Azərbaycanlıları Konqresi olaraq, bəyanat hazırlamışıq. Yaxın günlərdə müəyyən tədbirlərimiz də olacaq. Ermənilər nə qədər üstündən keçməyə çalışsalar da, Azərbaycan bunu dünyaya çatdıra bildi və məsələ beynəlxalq media da geniş müzakirə mövzusuna çevrildi. Çünki uşaq ölümü və vəhşilik beynəlxalq ictimaiyyətin nəzərindən yayınmır. Güman edirəm ki, bu məsələ Qarabağ münaqişəsinin gedişatına öz təsirini göstərəcək. Bu artıq milli maraq məsələsidir və hər kəs öz etirazını bildirməlidir. Amma təkcə bu kifayət eləmir. Buna görə də, diaspor cəmiyyətləri bundan sonra eyni xətt üzrə aktiv fəaliyyət göstərməlidir”.

Amin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm