Zakir Həsənov CƏBHƏDƏ: qəfil yoxlama - FOTOLAR
Bizi izləyin

Nida Xəbər

Zakir Həsənov CƏBHƏDƏ: qəfil yoxlama - FOTOLAR

Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən cəbhə xəttində yerləşən birləşmə və hərbi hissələrin döyüşə hazırlıq səviyyəsi yoxlanılıb.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, qəfil yoxlama zamanı döyüş tətbiqi üzrə qoşunlara verilən qərarlar dəqiqləşdirilib, bütün qoşun növləri və qisimlərinin qarşılıqlı əlaqədə fəailiyyət məsələləri bir daha öyrənilib.

Müdafiənin ön xəttində yerləşən hərbi hissələrdə olan müdafiə naziri general-polkovnik Zak Həsənov şəxsi heyət, döyüş texnikaları və digər hərbi vasitələrin hazırlığı və tətbiqi məsələləri ilə maraqlanıb.

Silahlı Qüvvələrin Ali Baş Komandanının tapşırığına əsasən Müdafiə Nazirliyinin rəhbərliyi Ermənistan silahlı qüvvələri tərəfindən iyulun 4-də Füzuli rayonu Alxanlı kəndinin atəşə tutulması nəticəsində mülki şəxslərin həlak olduğu yerə baxış keçirərək mərhumların yaxınlarına baş sağlığı verib. Sakinlərlə görüşdə mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində əlavə tədbirlərin görüldüyü də diqqətə çatdırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm