Rus ordusu Qarabağa girdi – Azərbaycan torpaqlarında XÜSUSİ ƏMƏLİYYAT
Bizi izləyin

Nida Xəbər

Rus ordusu Qarabağa girdi – Azərbaycan torpaqlarında XÜSUSİ ƏMƏLİYYAT

Rusiya Sərhəd Xidməti ilə Ermənistan sərhədçiləri bu gün birgə hərbi təlimlərə başlayıb.

Publika.az
xəbər verir ki, hərbi təlimdə Ermənistan-İran sərhədinin qorunması, həmçinin, şərti qaçaqmalçıların Dağlıq Qarabağa keçməsinin qarşısını alınması həyata keçirilib.

“İki şərti sərhəd pozucusu İrandan Ermənistana keçərək, Dağlıq Qarabağda gizləniblər. Döyüş tapşırığına uyğun olaraq, sərhədpozucularının axtarışı aparılıb və təlim uğurla başa çatdırılıb”, - deyə Rusiyanın Ermənistandakı sərhəd qoşunlarının mətbuat xidmətinin məlumatına deyilir.

Məlumatdan aydın olur ki, rus qoşunları Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisinə daxil olub.

Qeyd edək ki, 1992-ci il 30 sentyabr tarixində imzalanan müqaviləyə əsasən Ermənistan-İran və Ermənistan-türkiyə sərhədlərini rus hərbiçiləri qoruyur.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm