Nida Xəbər
ATƏT-in yeni rəhbərliyi formalaşdı
İsveçrəli diplomat Tomas Qreminger ATƏT-nın baş katibi təyin edilib.
APA-nın “dnaindia.com”a istinadən verdiyi xəbərə görə, bu barədə quruma sədrlik edən Avstriyanın xarici işlər naziri Sebastyan Kurts deyib.
Milli azlıqlar üzrə komissar vəzifəsinə ATƏT-in sabiq baş katibi Lamberto Zannier, Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rəhbəri vəzifəsinə İslandiyanın sabiq xarici işlər naziri İnqibyörq Solrun Qisladottir, mətbuat azadlığı üzrə xüsusi nümayəndə vəzifəsinə isə fransalı keçmiş səfir Halem Desir təyin ediliblər.
“İlk növbədə bizə rəhbərlik lazım idi. Bu, son bir neçə ay, mən deyərdim hətta bir neçə il ərzində qarşımızda duran böyük çağırış idi. Siyasi nöqteyi-nəzərdən hamımız bu təkliflər üzərində razılığa gələ bildik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu məsələdə konstruktiv rol oynadı”, - deyə S. Kurts söyləyib.
Təyinatların gələn həftə təsdiqlənəcəyi gözlənilir.
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!