
ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və
Ermənistan xarici işlər nazirlərinin Brüssel görüşü ilə bağlı
bəyanat yayıb.
Publika.az ATƏT-in rəsmi saytına istinadən xəbər verir ki,
bəyanatda Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan
Viskonti (Fransa) və Riçard Hoqlandın (ABŞ) iyulun 11-də Azərbaycan
və Ermənistan XİN rəhbərləri ilə görüşdüyü və Dağlıq Qarabağ
münaqişəsinin həlli ilə bağlı gələcək addımları müzakirə etdiyi
qeyd olunur.
Görüşdə həmçinin ATƏT sədrinin şəxsi nümayəndəsi Acney Kaspşik
iştirak edib.
Bəyanatda qeyd olunur ki, nazirlər öz prezidentlərinə həmsədrlərin
bu ilin sonunadək yüksək səviyyəli görüşün keçirilməsi ilə bağlı
təklifini çatdırmağa razılıq verib. Həmsədrlər prezidentlərin
görüşünün təşkil edilməsində yardım təklif edib. Görüş zamanı təmas
xəttindəki son durum da müzakirə edilib.
“Nazirlər və həmsədrlər sentyabr ayında Nyu-Yorkda baş tutacaq BMT
Baş Assambleyasının 72-ci sessiyasının kuluarlarında yenidən
görüşmək barədə razılaşıblar”, - deyə bəyanatda vurğulanır.
Asif