Nida Xəbər
Prezidentlərin görüşü ilə bağlı MÜDHİŞ İDDİA: bu şərtlər Ermənistana diktə ediləcək
Rusiya Azərbaycan və Ermənistan prezidentlərinin
görüşünü təşkil edəcək. Bu informasiya fonunda Ermənistan
prezidenti Serj Sarkisyanın erməni mediasına müsahibəsində dediyi
fikirlər diqqət çəkir.
Publika.az xəbər verir ki, erməni siyasi şərhçi Sarkis
Artsruni Sarkisyanın prezidentlərin görüşünə getmək istəmədiyini
yazır: “Onun müsahibədə dediyi fikirlər də bunu göstərir. Lakin
Sarkisyan bu görüşə getməyə məcburdur, çünki Moskvanın təşəbbüsünü
rədd edə bilmir”.
S.Artsruni əlavə edir ki, Rusiyanın təşəbbüsü Ermənistan üçün yaxşı
heç nə vəd etmir.
“Rusiya ATƏT-in Minsk qrupunun həmsədr ölkəsidir və bu formatda
hərəkət edir. Lakin faktiki olaraq, prosesi inhisara alaraq, öz
təşəbbüsünü irəli sürür. Moskvanın təşəbbüsü ilə
Azərbaycan-Rusiya-Ermənistan formatında keçirilən görüşlərdə həmişə
İrəvan ya birtərəfli güzəştlərə məcbur edilir, ya da müharibə
xəbərdarlığı alır. Yəni ya əraziləri qaytar, ya da müharibə
başlayacaq. “Lavrov planı” (Rusiyanın ərazilərin mərhələli şəkildə
qaytarılmasını nəzərdə tutan planı - red.) adlandırılan təkliflər
və ötən il baş verən “aprel müharibəsi” də bunu göstərir”, - deyə o
bildirib.
Erməni siyasi şərhçi İrəvanın Vyana razılaşmasının yerinə
yetirilməsi tələbindən geri çəkildiyini qeyd edir.
Vyana razılaşmasında təmas xəttində “atəşkəsə nəzarət
mexanizmləri”nin yaradılması qeyd olunur. Bu isə işğalın davam
etməsinə səbəb olan mövcud status-kvonun möhkəmləndirilməsinə
xidmət edir.
“Sarkisyan Əliyevlə görüşə məğlub kimi gedir və heç bir şərt irəli
sürə bilməyəcək. Əksinə, Rusiyanın təşəbbüsü ilə keçirilən görüşdə
Ermənistana şərtlər diktə ediləcək”, - deyə S.Artsruni
bildirib.
Asif
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK