Sosial medianın fəal üzvü olan məşhurlar İlham Əliyevin addımını rəğbətlə qarşıladı - - FOTOLAR
Bizi izləyin

Nida Xəbər

Sosial medianın fəal üzvü olan məşhurlar İlham Əliyevin addımını rəğbətlə qarşıladı - - FOTOLAR

Bu il Milli Mətbuat günü 4 il öncə olduğu kimi xüsusi sevinclə, şadyanalıqla yadda qaldı. Əgər 4 il qabaq dövlətimizin başçısı Cənab İlham Əliyev 156 jurnalist ailəsinə mənzil ərmağan etmişdisə, bu il 255 qələm əhli ev sevinci ilə qürurlandırıldı. Prezidentin bu addımı təkcə jurnalistlər arasında deyil, sosial medianın fəal üzvləri olan tanınmışlar tərəfindən də rəğbətlə qarşılandı. Məhz bunun nəticəsi olaraq onlarla məşhur simalar İlham Əliyevə minnətdarlıq hissini öz statuslarında ifadə edərək, bu addımı Prezidentimizin jurnalistlərə böyük diqqət və qayğısının təzahürü kimi qiymətləndirdilər.

Publika.az Milli Mətbuat günündə jurnalistlərə mənzil bağışlayan Prezident İlham Əliyevə minnətdarlıq ifadə edən məşhurların sosial şəbəkədəki statuslarından bəzilərini diqqətinizə çatdırır:

Nasir, publisist Xeyrəddin Qoca öz statusunda bildirib ki, jurnalistlər üçün üçüncü binanın təməlinin atılması qələm əhlinin bundan sonra da dövlətimizin birinci şəxsinin qayğısı ilə əhatələnəcəyinin isbatıdır:

“Mənzil alan bütün jurnalistlərin, redaksiyaların əməkdaşlarının sevincini öz sevincim hesab edirəm! Təbriklər!”

"Asan" radionun direktoru Emin Musəvi də ev alan bütün jurnalistləri səmimi qəlbdən təbrik edib: “Ölkəmizdə KİV nümayəndələrinin yüksək səviyyədə fəaliyyət göstərmələri, azad mətbuatın təmin edilməsi ilə yanaşı, dövlətimiz jurnalistlərin mənzil-məişət məsələlərinin həlli, onların yaşayış şəraitinin yaxşılaşdırılmasına da xüsusi diqqətlə yanaşır”.

Tannmış yazıçı, dramaturq və filosof Firuz Mustafa hesab edir ki, qələm əhlinin mənzillə təmin edilməsi müsbət haldır:“Bayramınız və mənziliniz mübarək... Bəziləri belə düşünür ki, ev verilən jurnalistlərin qələmi istər-istəməz “yumşalacaq”, kəsərdən düşəcək. Düşünürəm ki, əksinə, bundan sonra cəsarətlilər daha da cəsarətli olacaq”.

Tanınmış aktyor Bəhram Bağırzadə qələm əhlinə yeni mənzillərində xoş və firavan həyat sürməyi arzu edib: “Mənzil sahibi olan bütün jurnalistləri - həmkarlarımı təbrik edirəm. İşığınız gur yansın, sağlıqla yaşayasınız. Hər birinizə sağlam həyat, xoş günlər diləyirəm. Ehtiyacı olanlara Allah-Təala qismət etsin”.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev hesab edir ki, jurnalsitlərə evlərin paylanması bütövlükdə Azərbaycan jurnalistikasına və onların fəaliyyətinə verilmiş yüksək qiymətdir: “Jurnalistlər binasında ev alan həmkarlarımı, dostlarımı təbrik edirəm. Jurnalistlər hər şeyin ən yaxşısına layiqdirlər”.

"Azərsu" ASC Təlim və İnnovasiyalar Mərkəzinin rəisi İlkin Məcidov da mənzillə mükafatlandırılan jurnalistlərimizi sosial şəbəkədə təbrik edib:

“İnanıram ki, ölkə başçısının bu addımı, mükafat alan jurnalistlərə motivasiya olmaqla yanaşı, mükafat almayan jurnalistlərə də böyük stimul olacaqdır”.

Teleqraf Holdinqin rəhbəri Aynur Camal da prezidentə minnətdarlıq, jurnalsitlərə isə təbrik hisslərini belə ifadə edib:

“Təşəkkürlər, Cənab Prezident! Mənzil alan dostlarızımı, həmkarlarımızı ürəkdən təbrik edirəm” Yeni yuvanız işıqlı olsun, bir ömür boyu içində xoşbəxt yaşayın. Ev almayan dostlar, ürəyinizi sıxmayın. Yeni binanın təməli atılıb. Gözünüzü açıb yumunca 3-cü bina da hazır olacaq. İnşallah bu sevinci dadmaq sizə də nəsib olacaq. Tanrı bu milləti və dövləti qorusun!”

“Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli mənzil alan bütün jurnalist dostlarını, həmkarlarını ürəkdən təbrik edib: “Hər zaman xeyir işlərdə görüşək bu mənzillərdə! Sağ əlləri də mənzili olmayanların, uzun illər ailəsi ilə kirayədə yaşayanların başına! Ev arzusunda olan digər həmkarlarıma da növbəti binadan ev arzulayıram. İçi mən qarışıq!”

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm