Nida Xəbər
Prezidentlər payızda görüşə bilər - Ermənistan XİN-dən BƏYANAT
“Ermənistan və Azərbaycan hələ də beynəlxalq vasitəçilər tərəfindən prezidentlərin növbəti görüşü üçün razılığa gələ bilmirlər. Bildiyiniz kimi, vasitəçilərdən bir təklif var. Ermənistan və Azərbaycan xarici işlər nazirləri bu istiqamətdə çalışırlar. Hələ son razılaşma və qərar yoxdur", - bunu jurnalistlərə Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan bildirib.
Publika.az bu barədə Ermənistan mediasına istinadən xəbər verir. Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədrləri iyulun 11-də Brüsseldə XİN rəhbərləri Eduard Nalbandyan və Elmar Məmmədyarovla görüşdən sonra qərara gəliblər ki, nazirlər sentyabr ayında yenidən görüşsün. Ermənistan prezidenti Serj Sarkisyan isə iyulun 16-da televiziyaya müsahibəsində bildirib ki, payızda prezidentlərin görüşü baş tuta bilər.
Aprel müharibəsindən sonra prezidentlər iki dəfə görüşüb. Azərbaycan hökuməti sülh danışıqlarında irəliləyiş olmazsa, hazırki status-kvonu ləğv edəcəyini söyləyir. Ermənistan rəhbərliyi isə Azərbaycanın qoyduğu tələbi qəbul etmir, status-kvonun uzadılması üçün əlindən gələni edir.
Amin Nəzərli
-
Magazin219:00“Polat Alemdar”ın ilginc hekayəsi ortaya çıxdı - İnanılmaz detal
-
Nida Xəbər 18:48Abbas Əraqçi Bakıya gəlir
-
Ekologiya17:40Meteohəssas insanların nəzərinə!
-
İdman16:42Messi tarixi uğurdan danışdı
-
Digər16:21Uşaq bağçası və xəstəxana vuruldu, 116 nəfər öldü
-
Ekologiya15:14Günəşdə iki güclü partlayış baş verdi
-
Hadisə14:53Biləsuvardakı qəzada ölən üç gənc eyni kənddə dəfn olundu - FOTOLAR
-
Digər14:21Bu ölkədə hərbi çevriliş oldu
































.jpg)




