Nida Xəbər
ABŞ Azərbaycan sərhədlərinə ordu yeritməyə hazırlaşır: BÖYÜK MÜHARİBƏ QAPIDA
ABŞ prezidenti Donald Tramp İranla nüvə razılaşmasını
pozmaq üçün yeni üsullar axtarır.
Publika.az xəbər verir ki, indiyə qədər Trampın
təhlükəsizlik üzrə köməkçiləri Birləşmiş Ştatların İranla nüvə
razılaşmasından çıxması üçün heç bir variant tapa bilməyiblər.
Bundan məyus olan Tramp sazişi pozmaq üçün ciddi bəhanə
axtarışındadır.
“The Nyu York Times” nəşri yazır ki, Amerika rəsmiləri artıq
müttəfiq ölkələrə İranla razılaşmadan imtina etməyə hazır olmaq
haqda xəbərdarlıq edib.
Diplomatik mənbələrin məlumatına görə, ABŞ Vyanada xarici
inspektorlarla İranın nüvə tədqiqatlarının aparıldığı ehtimal
edilən hərbi obyektlərinə giriş imkanlarını araşdırır. Vaşinqtonun
bu addımı Obama dövründə bağlanan razılaşmalardan imtinaya əsas
yaratmaq məqsədi daşıyır. Belə ki, İran hərbi obyektlərə girişə
qadağa qoysa, ABŞ bu bəhanəni tapacaq. Çox güman ki, bu, belə də
olacaq.
Nəşr yazır ki, Trampın razılaşmadan imtina etmək üçün kifayət qədər
əsası var. Xüsusilə Senatda respublikaçılar üstünlük təşkil edir və
bu, razılaşmanın ratifikasiyasına mane olmaq üçün yaxşı
imkandır.
İki rəsmi şəxsin sözlərinə görə, Tramp komandasının ona sazişdən
imtina etmək variantları təqdim edəcəyini gözləyirdi. Lakin bu, baş
vermədi.
“Biz çox ətraflı tədqiqatlar aparırıq”, - deyə Tramp “The Wall
Street Jorunal” nəşrinə müsahibəsində bildirib.
Bəzi ekspertlər hesab edir ki, ABŞ-ın razılaşmadan imtina etməsi
özünü bu məsələdə təcrid vəziyyətinə salması ilə nəticələnə
bilər.
“Lakin görünür, Tramp qərarında israrlıdır və İrana müdaxilə, eləcə
də bu ölkəni təcrid etmək üçün bütün variantlardan istifadə
edəcək”, - deyə nəşr vurğulayır.
Asif
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO