Ermənistanın ikinci “QARABAĞ SSENARİSİ”: bu ərazilərin işğalı üçün GİZLİ HAZIRLIQ BAŞLANDI
Bizi izləyin

Nida Xəbər

Ermənistanın ikinci “QARABAĞ SSENARİSİ”: bu ərazilərin işğalı üçün GİZLİ HAZIRLIQ BAŞLANDI

Ermənistan ABŞ-dakı erməni lobbisinin köməyilə Gürcüstanın Samsxe-Cavaxeti bölgəsini ələ keçirir.

Publika.az
xəbər verir ki, “kavkazplus” saytı erməni lobbisinin Gürcüstan üzərindəki işğalçı oyunlarını araşdırıb.

Araşdırmada deyilir ki, Gürcüstanda erməni lobbisinin potensialını qiymətləndirmirlər: “Hərçənd, Gürcüstanın bütün bədbəxtliklərinin arxasında erməni lobbisi dayanır. Bu gün gürcü torpaqlarının işğalına görə Rusiya ittiham olunur, halbuki, Rusiya xarici işlər naziri Sergey Lavrovun (Kələntərov) erməni əsilli olduğu unudulur. ABŞ-da erməni lobbisi yəhudi lobbisindən sonra ikinci nüfuzlu güc hesab olunur. Ermənilər super gücün xarici siyasətinə təsir edə bilirlər. Bu baxımdan, erməni lobbisinin ABŞ, ümumilikdə Qərb ölkələrinin köməyi ilə Gürcüstanda öz maraqlarını həyata keçirdiyi şübhəsizdir. Gürcüstanda ABŞ və Qərb ölkələrinin nümayəndələri yüksək səviyyədə qəbul olunur, onlara bütün qapılar açılır. Bu faktoru erməni lobbisi yaxşı anlayır və Vaşinqtondakı nüfuzlarından Gürcüstana qarşı dağıdıcı hücum üçün faydalanır. Gürcüstan üzərində cari hədəf Samsxe-Cavaxeti bölgəsini ələ keçirməkdir, hansı ki, erməni millətçilər bu bölgəni tarixi erməni torpağı hesab edir”.

Sayt qeyd edir ki, Ermənistanın əsas hədəflərindən biri də Abxaziya və Sxinvali üzərindən tranzit əldə etməkdir.

“İrəvan bu plan üçün Rusiya və bu ölkədəki erməni diasporundan istifadə etdi. Lakin gürcü rəsmilər qəti şəkildə belə tranzitə yol verməyəcəklərini bildirdilər. Görünür, hədəfə gedən yolda vasitə dəyişib. Ermənilər hədəfə çatmaq üçün indi də ABŞ və Avropa İttifaqı üzərindən Gürcüstana hücum etməyə qərar verib”, - deyə sayt vurğulayır.

Məqalədə “Gürcüstanın erməni icması”nın saytında “ABŞ-dan qonaqlar Axalltsıxa gəldilər” başlığı ilə yayımlanan materiala diqqət çəkilir.

Həmin materialda belə bir cümlə var: “ABŞ-dan, Amşendan və Ermənistandan qonaqlar Axalltsıxa gəldi və bir sıra şəhər tədbirlərində iştirak etdi”.

Amşen?! Dünya xəritəsində belə bir yer yoxdur.

“Kavkazplus” yazır ki, bu ada yalnız erməni millətçilərinin xəritələrində rast gəlmək olar.

“Necə ki, Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə “Arstax” deyirlər, bu da ermənilərin özlərindən uydurduğu adlardan biridir. Dünyanın müxtəlif ölkələrində yaşayan bəzi erməni icmalarına amşen deyilir və onların tarixi torpağı kimi Gürcüstanın Samsxe-Cavaxeti, həmçinin, Axalkalki, Axalltsıxa, ümumilikdə Abxaziya bölgəsi göstərilir. Amşen erməniləri Gürcüstanın tarixində faciəli rol oynayıb. İndi Amerikadan gələn nümayəndə heyətinin tərkibində amşen ermənilərinin olması nə deməkdir? Hesab etmək olar ki, onlar Samsxe-Cavaxeti bölgəsində yaşayan ermənilər arasında gizli şəkildə separatçılığı təbliğ edirlər. Ən pisi odur ki, bu ermənilərin gəlişinə gürcü hakimiyyəti heç bir pis niyyət görmədən dəstək verib. Ermənilər öz məqsədlərini gizlətmir. Lakin bütün bunlar Gürcüstan üçün ikinci “Qarabağ ssenarisi” ola bilər. Və bu işdə Gürcüstanın inandığı ABŞ-ın da təsirinin olması mümkündür”, - deyə məqalədə diqqətə çatdırılır.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm