Azərbaycan Türkiyədən düşmənə göz açmağa imkan verməyəcək SİLAH ALDI – VİDEO
Bizi izləyin

Nida Xəbər

Azərbaycan Türkiyədən düşmənə göz açmağa imkan verməyəcək SİLAH ALDI – VİDEO

Azərbaycan Türkiyədən pilotsuz uçuş aparatlarını məhv etmək gücündə olan “Drone Killer” silahını alıb.

Publika.az
xəbər verir ki, bu barədə Türkiyə ordusunun silah arsenalı üçün pilotsuz aparatlar, elektronik cihazlar və robot sistemləri istehsal eən “Harp Age” şirkətinin baş kordinatoru Aytekin Güçlü deyib.

Onun sözlərinə görə, “Drone Killer” silahı yexni texnologiyalar əsasında hazırlanıb.

“Bu silahdan almaq üçün müxtəlif ölkələrdən, xüsusilə Afrika və yaxın Şərq ölkələrindən təkliflər gəlib. İlk ixrac edən ölkə Azərbaycandır”, - deyə o bildirib.

“Drone Killer” hücum edən pilotsuz uçuş aparatlarını anında məhv etmək, həmçinin, bu aparatları təsirsiz vəziyyətə salmaq gücünə sahibdir.

Qeyd edək ki, erməni hərbi birləşmələri pilotsuz aparatlar vasitəsilə zaman-zaman həm kəşfiyyat, həm də hücum xarakterli təxribatlara əl atır. Hətta sərhədboyu ərazilərdə yaşayan mülki əhaliyə pilotsuz aparatlardan da hücumlar edilir. “Drone Killer” düşmənin texnikasını məhv etmək baxımından kifayət qədər güclü silahdır.

Türkiyə Eksportçuları Şurasının saytında yayılan məlumata görə isə son iki ayda Azərbaycan Türkiyədən bir milyonluq silah alıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm