Nida Xəbər
Allahşükür Paşazadə Ruhaniyə görə İRANA GEDİR
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə avqustun 5-də İran İslam Respublikasına səfərə yola düşür.
Publika.az-a QMİ-dən verilən məlumata görə, səfərdən məqsəd Qafqaz Müsəlmanları İdarəsinin Azərbaycan Respublikasının Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, İranın Mədəniyyət və İslam Əlaqələri Təşkilatı və İslam Məzhəblərinin Yaxınlaşdırılması Beynəlxalq Assambleyası ilə birlikdə 6 avqust 2017-ci il tarixdə avqust tarixdə İran İslam Respublikasının Tehran şəhərində keçirəcəyi “İslam həmrəyliyi İran-Azərbaycan dostluğu timsalında” mövzusunda Beynəlxalq Konfransda iştirak etməkdir.
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin elan etdiyi “İslam Həmrəyliyi İli” çərçivəsində Bakıda, Rusiyada, Finlandiyada keçirilmiş beynəlxalq tədbirlərin ardınca Tehranda baş tutacaq “İslam həmrəyliyi İran-Azərbaycan dostluğu timsalında” mövzusunda Beynəlxalq Konfransda Azərbaycan Respublikasının Milli Məclis üzvləri, elm və din xadimlərindən ibarət nümayəndə heyəti iştirak edəcəkdir.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə İrana səfəri çərçivəsində İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin inaqurasiya mərasimində iştirak edəcəkdir.
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK