Millət vəkili: “Bu müşavirədə də Prezident İlham Əliyev qarşıya çox mühüm tapşırıqlar qoydu”
Bizi izləyin

Nida Xəbər

Millət vəkili: “Bu müşavirədə də Prezident İlham Əliyev qarşıya çox mühüm tapşırıqlar qoydu”

"Prezidentin Qaxda keçirdiyi müşavirə öz növbəsində regionlarda kənd təsərrüfatının inkişafına təkan verəcək".

Publika.az xəbər verir ki, bu sözləri Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində Azərbaycan Prezidenti İlham Əliyevin nitqinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu vaxta qədər Prezidentin regionların inkişafı ilə bağlı keçirdiyi müşavirələrin hər biri öz tövhəsini verir.

“Bu müşavirədə də Prezident İlham Əliyev qarşıya çox mühüm tapşırıqlar qoydu. O, ölkəyə valyuta gətirən sahələrin inkişafı ilə bağlı tövsiyələrini verdi. Onun bu tapşırıq və tövsiyələri öz nəticəsini verəcək. Görülən bu işlər Azərbaycanı qeyri-neft sektorunda böyük ixrac potensialına malik bir ölkəyə çevirəcək”.

Millət vəkili qeyri-neft sektorunun inkişafı üçün dövlət tərəfindən atılan addımlara da toxunub:

“Regionların inkişafı ilə bağlı sahibkarlara güzəştli kreditlərin verilməsini də xüsusi vurğulamaq lazımdır. Çünki əvvəlcə bu istiqamətdə təməl işlər görülür. Məsələn, yol infrastrukturu yenidən qurulur, su, elektrik enerjisi və qaz təchizatının yaxşılaşdırılır. Bu məsələlələr başa çatdıqdan sonra regionların köklü şəkildə inkişafına start verilib. Regionlarda kənd təsərrüfatının, sahibkarlığın stimullaşdırılması, inkişafı istiqamətində Prezident İlham Əliyevin tapşırığı ilə mühüm tədbirlər həyata keçirilib. Bu istiqamətdə 2004-cü ildə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının çox böyük rolu var”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm