İşğal olunmuş ərazilərimizlə bağlı qətnamə layihəsi BMT Baş Assambleyasının gündəliyində
Bizi izləyin

Nida Xəbər

İşğal olunmuş ərazilərimizlə bağlı qətnamə layihəsi BMT Baş Assambleyasının gündəliyində

“Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət” və “GUAM məkanında dondurulmuş münaqişələr, onların sülh, beynəlxalq təhlükəsizlik və inkişaf üçün fəsadları” adlı qətnamə layihələri yenidən BMT Baş Assambleyasının 72-ci sessiyasının gündəliyinə salınıb.

Publika.az-ın APA-ya istinadən verdiyi məlumatına görə, gündəliyin hələlik son versiyası təsdiqlənməyib.

Bildirilir ki, hər iki məsələ BMT Baş Assambleyasının 71-ci sessiyasının gündəliyində olsa da, müzakirəyə təqdim olunmadığı üçün ötən il olduğu kimi bu il də növbəti sessiyanın gündəliyinə daxil edilib.

Qeyd edək ki, BMT Baş Assambleyasının 72-ci sessiyası sentyabrın 12-25-də BMT-nin Nyu-Yorkda yerləşən mənzil-qərargahında baş tutacaq. Sessiya çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm