Nida Xəbər
Ermənistan ordusundakı özbaşınalıqdan bəhs edən ANİMASİYA çəkildi - - VİDEO
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə “Özgə saatı” adlı animasiya çarxı hazırlanıb.
Müəlliflər qeyd edirlər ki, çarxda cəbhənin təmas xəttində
Ermənistan silahlı qüvvələrinin mütəmadi olaraq yaratdığı
təxribatlar, Ermənistan ordusundakı özbaşınalıq və ölüm halları,
erməni məmurlarının münaqişədən necə faydalanmaları, öz
övladlarının özgə torpaqda ölmələrinə etiraz edən erməni analarının
aksiyaları və ermənilərin öz ölkələrini tərk etmələri əks
olunub.
Animasiya çarxında erməni hərbçisinin işğal edilmiş ərazidə
Azərbaycana məxsus saatı qarət etməsi və bu qarətin ona xoşbəxtlik
əvəzinə ölüm bəxş etməsi göstərilir. Eyni zamanda, zəbt edilmiş
ərazilərdə Azərbaycana məxsus bir sıra tarixi abidələrin 3D
qrafikli animasiyaları hazırlanıb. 3D animasiyada, həmçinin
ermənilərin cəbhənin təmas xəttində törətdikləri təxribatların
qarşısını almaq məqsədilə Azərbaycan Silahlı Qüvvələri tərəfindən
erməni hərbi helikopterinin və zenit-raket kompleksinin məhv
edilməsi kadrları da yığılıb.
Çarxın hazırlanmasında əsas məqsəd Ermənistan-Azərbaycan münaqişəsi
barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır.
Bu videoçarx Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə
“Addım” GİM İctimai Birliyinin həyata keçirdiyi
“Ermənistan-Azərbaycan Sülh Platforması 3D qrafikalı animasiyada”
layihəsi çərçivəsində hazırlanıb.
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...