Azərbaycan və Rusiya gömrükçüləri arasında növbəti işçi görüşü - FOTO
Bizi izləyin

Nida Xəbər

Azərbaycan və Rusiya gömrükçüləri arasında növbəti işçi görüşü - FOTO

Avqustun 10-da Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Regional Ofisində Azərbaycan və Rusiya gömrük xidmətlərinin nümayəndələri arasında növbəti işçi görüş keçirilib.

Publika.az-a Dövlət Gömrük Komitəsindən verilən xəbərə görə, görüşdə Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Şahin Bağırovun və Rusiya Federasiyası Federal Gömrük Xidmətinin Şimali-Qafqaz Gömrük İdarəsinin Gömrük nəzarətinin təşkili xidmətinin rəis əvəzi Konstantin Muruyevin rəhbərlik etdikləri nümayəndə heyətləri iştirak edib.

Görüşdə çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Ş, Bağırov iki ölkə arasında bütün sahələrdə qarşılıqlı əməkdaşlığa, mehriban qonşuluq münasibətlərinə söykənən əlaqələr qurulduğunu, hər iki ölkənin gömrük orqanlarının bu əlaqələrin daha da inkişaf etdirilməsində öz töhfəsini verdiyini diqqətə çatdırıb. Bundan başqa, Ş. Bağırov iki ölkə arasında dəmir yolu vasitəsilə daşınan yüklər barəsində qarşılıqlı məlumat mübadiləsinin təşkili, məlumatların əvvəlcədən ötürülməsi məsələlərinə toxunub, bu sahədə aparılacaq səmərəli fəaliyyətin gömrük nəzarətinin və rəsmiləşdirilməsinin sürətləndirilməsinə fayda verəcəyini bildirib.

Müzakirələr zamanı, həmçinin ölkəmizdən ixrac olunan meyvə-tərəvəz məhsullarının ünvanlarına vaxtında çatdırılması məqsədilə gömrük nəzarətinin operativliyinin vacibliyinə, eləcə də qarşılıqlı əməkdaşlıq əsasında görülən işlərə toxunulub.

Rusiya Federasiyası Federal Gömrük Xidmətinin Şimali-Qafqaz Gömrük İdarəsinin Gömrük nəzarətinin təşkili xidmətinin rəis əvəzi K. Muruyev səmimi qəbula görə təşəkkürünü bildirib və qeyd edib ki, görüşün gündəliyində duran məsələlər aktualdır və müzakirə ediləcək məsələlər əsasında aidiyyatı işlər həyata keçiriləcək.

Görüşdə sərhəd-gömrük keçid məntəqələrində meyvə-tərəvəz məhsulları daşıyan nəqliyyat vasitələrinin sürətli keçidinin təmini, sərnişin, nəqliyyat vasitələri, mallara dair məlumat mübadiləsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

İclasın sonunda işçi görüşün protokolu imzalanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm