Nida Xəbər
Pan Gi Mun Bakıdadır
“Bu mənim Azərbaycana artıq ikinci səfərimdir. İlk dəfə mən Bakıda Cənubi Koreyanın xarici işlər naziri kimi rəsmi səfərdə olmuşdum".
Bunu 41-ci Dünya Skaut Konfransında iştirak etmək üçün Bakıya gələn BMT-nin keçmiş baş katibi Pan Gi Mun deyib.
O bildirib ki, BMT-nin baş katibi olduğu dövrdə Azərbaycan rəhbərliyi, xüsusən də Prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla sıx əməkdaşlıq edib: "Azərbaycan Prezidenti bütün səylərini sülhə dəstəyə yönəldirdi. Mən onun idarəçilik və liderlik qabiliyyətinə heyran olmuşam və hörmət edirəm".
“Bu gün Azərbaycan Dünya Skaut Konfransına ev sahibliyi edir. Hesab edirəm ki, bu konfransda iştirak etmiş bütün dünya skautları, Azərbaycanın insanlığı, sülhə və dünyada əmin-amanlığa yönələn cəhdlərini görəcəklər. Bu prinsiplər dünya vətəndaşı olmaq istəyən skautlar üçün motivasiya və ruh yüksəkliyi deməkdir” – deyə BMT-nin keçmiş baş katibi əlavə edib. (report)
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu