Nida Xəbər
Zaxarova: "Dağlıq Qarabağ məsələsi Rusiyanın xarici siyasət prioritetlərinə aiddir"
"Rusiya hər zaman Dağlıq Qarabağ zonasında gərginliyin azaldılmasına yönəlmiş tədbirləri dəstəkləyib".
Publika.az APA-ya istinadən xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, bu istiqamətdə konkret addımların atılmasının vacibliyi birmənalı olaraq dəfələrlə həmsədrlər tərəfindən vurğulanıb:
"Bunun vacibliyi 2016-cı ilin mayında Vyanada və iyununda Sankt-Peterburqda keçirilən sammitlərdə qeyd edilib.
Vasitəçilər tərəfindən təklif edilən tədbirlərin
reallaşdırılması münaqişə tərəflərinin iradəsindən asılıdır. Öz
tərəfimizdən biz vəziyyətin stabilləşməsi, münaqişənin həlli
istiqamətində aparılan danışıqlar prosesin davam etdirilməsi üçün
hər şeyi edirik. Məhz bu yanaşma Azərbaycan, Ermənistan və Rusiya
xarici işlər nazirlərinin bu ilin aprelində Moskvada keçirilən
görüşündə üstünlük təşkil edib".
M.Zaxarova qeyd edib ki, hazırda həmsədrlər prezidentlərin növbəti
görüşünün təşkili üzərində işləyirlər:
"Bu məsələ bağlı iyul ayında onlar Brüsseldə xarici işlər nazirləri ilə danışıqlar aparıblar. Məsləhətləşmələr sentyabrın ikinci yarısında BMT Baş Assambleyasının sessiyası çərçivəsində davam edəcək və bunun sonunda müvafiq bəyanat veriləcək. Rusiyada Dağlıq Qarabağ məsələsinə xüsusi diqqət ayrılır. Bu məsələ bizim xarici siyasət prioritetlərimizə aiddir".
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO