• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

“Azərbaycan torpaqları işğal altında qaldıqca...” - İrəvana XƏBƏRDARLIQ

“Azərbaycan torpaqları işğal altında qaldıqca...” - İrəvana XƏBƏRDARLIQ

“Dağlıq Qarabağ münaqişəsinin həllini tapmağın vaxtı çatıb”.

Publika.az xəbər verir ki, bunu Bakıda keçirilən Qlobal Gənc Liderlər Forumunda işrirak edən Türkiyə Xarici İşlər Nazirliyinin keçmiş başçısı (1991-1994) Hikmət Çətin vestikavkaza.ru saytının müxbiri ilə söhbətində deyib.

Onun sözlərinə görə, münaqişənin həllinin bütün şərtləri var:

“Bizdə BMT Təhlükəsizlik Şurasının qətnamələri var. Onlar bir milyondan çox qaçqının öz evlərinə qayıdışını tələb edir və Azərbaycan ərazilərinin Ermənistan ordusu tərəfindən işğal faktını təsdiqləyir”.

Türkiyənin Xarici İşlər Nazirliyinin sabiq başçısı bildirib ki, Ermənistan Azərbaycanın ərazilərini işğal edərək ən böyük itkini öz iqtisadiyyatına və əhalisinə vurub:

“Ermənistan yalnız itirdi və Azərbaycan ərazilərini işğal altında saxlayaraq itirməyə davam edir. Eyni vaxtda Azərbaycan vəziyyətə çox məharətlə nəzarət edir və mövcud problemləri həll edir”.

Türkiyəli diplomatın sözlərinə görə, Rusiya, ABŞ və Türkiyə Qarabağın probleminin həlli üçün maksumum səy göstərməlidir.

“Güclü Türkiyə gələcəkdə münaqişənin nizama salınmasının zaminlərindən biridir, axı o Azərbaycanın müttəfiqidir. Türkiyə həmçinin səy göstərməlidir ki, beynəlxalq cəmiyyət Dağlıq Qarabağ münaqişəsinin sürətli nizama salınması ehtiyacını anlasın”, - o vurğulayıb.

Ömər Dağlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR