• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Marqvelaşvili Azərbaycan və Türkiyəyə təşəkkür etdi

Marqvelaşvili Azərbaycan və Türkiyəyə təşəkkür etdi

Gürcüstan prezidenti Giorgi Marqvelaşvili ölkə ərazisində davam edən meşə yanğınlarının söndürülməsində göstərdikləri köməyə görə qonşu ölkələrə təşəkkür edib.

Bu barədə dövlət başçısı keçirdiyi brifinqdə deyib. “Mən, təbii fəlakətin aradan qaldırılmasında bizə kömək edən Azərbaycan və Türkiyəyə minnətdarlığımı bildirirəm”, - deyə o, söyləyib.

Prezident qeyd edib ki, yanğının aradan qaldırılması üçün bütün dövlət resursları səfərbər edilib. O, əhaliyə müraciət edərək yaşayış məntəqələrinin təhlükə altında olmadığını diqqətə çatdırıb.

Qeyd edək ki, Gürcüstanda meşə yanğınları avqustun 20-də günün ikinci yarısından başlayıb. Ərazidə əsən külək yanğının tam söndürülməsinə imkan vermir. Yanğınla bağlı xüsusi qərargah fəaliyyət göstərir. Yanğının söndürülməsi prosesində Azərbaycan Fövqəladə Hallar Nazirliyinin helikopteri də iştirak edir. Bu gün Türkiyənin iki helikopterinin də yanğının aradan qaldırılmasına cəlb olunacağı gözlənilir. (apa)

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR