Nida Xəbər
Tahir Rzayev: Ermənistan normal himayəçi tapsa, dərhal Rusiyanı satacaq
Ermənilər daim ikili siyasət yürüdüb və bu, belə də davam edəcək. Bunu Trend agentliyinə açıqlamasında millət vəkili Tahir Rzayev deyib.
Publika.az bildirir ki, deputatın qeyd etdiyinə görə, ermənilər NATO təlimlərinə qatılmaqla, Avropa İttifaqıbna yaxınlaşmaq kimi cəhdlər etməklə özlərini siyasi baxımından müstəqil dövlət kimi qələmə verməyə çalışırlar:
"Onlar bu addımla sübut etmək istəyirlər ki, guya Rusiyanın əsarətində deyillər və istədikləri vaxt müstəqil ölkə kimi qərar qəbul etməyə qadirdirlər. Amma Ermənistan tarixən Rusiyanın himayəsində olub. Onlar indi bu iddiaları təkzib etmək üçün belə hərəkətlər edir, özlərinəRusiyadan əlavə himayədar tapmaq istəyirlər".
T.Rzayev bildirib ki, Ermənistanın bu cür addım atmasında məqsəd həm də Rusiyanı qıcıqlandırmaqdır:
"Ermənistan görür ki, Azərbaycanla Rusiya münasibətləri gündən-günə yaxınlaşır, ona görə də Rusiyanı qıcıqlandırmaq üçün NATO ilə əməkdaşlığa işarə edir. Ermənistan daim başqa dövlətlərə satqınlıq edib, xəyanət edib. Bu birinci dəfə deyil ki! Ermənilərin bu xisləti Rusiyanın siyasi dairələrinə də yaxşı məlumdur. Ermənistan normal himayəçi tapsa, dərhal Rusiyadan uzaqlaşacaq, bu dövləti satacaq. Erməniləri həmişə öz mənafeləri maraqlandırıb".
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib