Nida Xəbər
Naxçıvanda hücum təyyarələri havaya qalxdı - - FOTO/VİDEO
Naxçıvanda Əlahiddə Ümumqoşun Ordunun aviasiya hərbi hissəsinin SU-25 hücum təyyarələri təlim uçuşları həyata keçirib. SU-25 hücum təyyarələrinə texniki baxış keçirildikdən sonra uçuşlara icazə verilib.
Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, Uçuş zolağına doğru hərəkət edən təyyarələr Naxçıvan səmasında uğurlu uçuşlar həyata keçiriblər.
Modernizə edilmiş SU-25 hücum təyyarəsi döyüş meydanında,
istənilən hava şəraitində, gecə-gündüz quru qoşunlarının bilavasitə
dəstəklənməsi və müxtəlif obyektlərin məhv edilməsi üçün təyin
edilib.
SU-25 hücum təyyarəsi döyüşdə sağqalma və yüksəkmüdafiəli
sistemlərə malikdir. Əsas diqqət pilot kabinəsinin və yanacaq
sisteminin təhlükəsizliyinə yönəldilib.
Modernizə edilmiş SU-25 hücum təyyarəsinin güclü döyüş
kompleksinə müxtəlif toplar, aviabombalar, “Hava-yer”
idarəolunmayan, “Hava-hava” idarəolunan raketlər daxildir.
Ümumilikdə təyyarəyə 32 növ silah quraşdırıla bilər.
Təlim uçuşlarının müvəffəqiyyətlə aparılması bir daha onu göstərdi
ki, Əlahiddə Ümumqoşun Ordunun digər birləşmə, hissə və bölmələri
kimi aviasiya eskadrilyası da istənilən döyüş tapşırığını uğurla və
qətiyyətlə yerinə yetirməyə hazırdır.
Uçuşları uğurla başa vuran heyətlərə Komandanlıq tərəfindən təşəkkür elan edilib.
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...