ABŞ səfirliyi "Qarabağ"ı təbrik etdi
Bizi izləyin

Nida Xəbər

ABŞ səfirliyi "Qarabağ"ı təbrik etdi

ABŞ-ın Azərbaycandakı səfirliyi “Qarabağ”ı Çempionlar Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu olması münasibətilə təbrik edib.

Publika.az xəbər verir ki, səfirliyin feysbuk səhifəsində “Bu, böyük nailiyyətdir! ABŞ səfirliyi “Qarabağ”a gələcək oyunlarda uğurlar arzulayır” məzmunlu təbrik yerləşdirilib.

Xatırladaq ki, “Qarabağ” ötən gün Danimarkanın “Kopenhagen” komandası ilə cavab qarşılaşmasında 2:1 uduzsa da, daha əvvəl Bakıdakı görüşdə 1:0 hesabı ilə qələbə qazandığı üçün Çempionlar Liqasının qrup mərhələsinə düşüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm