BQXK: Dağlıq Qarabağ münaqişəsində bir ailənin 28 üzvü itkin düşüb
Bizi izləyin

Nida Xəbər

BQXK: Dağlıq Qarabağ münaqişəsində bir ailənin 28 üzvü itkin düşüb

“Silahlı münaqişələr zamanı hərbi və ya mülki şəxs olmasından asılı olmayaraq, bütün itkin düşmüş şəxslərin ailələri əziyyət çəkirlər. Hətta, bu vəziyyət həmin şəxslərin həyatını itirməsi ilə barışmaqdan daha çətindir”.

Publika.az xəbər verir ki, bu sözləri Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü ilə əlaqədar təşkil olunmuş anım mərasimində çıxış edən Beynəlxalq Qızıl Xaç Komitəsinin itkin düşmüş şəxslərlə iş üzrə regional nümayəndəsi, Daniel Messerli deyib.

O bildirib ki, Məmmədova Əsli bu vəziyyətlə yaxından tanışdır. Onun, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 28 ailə üzvü itkin düşüb. “Əzizlərinin itkin düşməsi ilə yaşamaq onların həyatını itirməsini qəbul etməkdən daha çətindir. Mən hər gün yeni bir xəbər ümidi ilə yaşayıram.”

2014-cü ildən etibarən BQXK itkin düşmüş şəxslərin ailələrindən bioloji nümunələrin toplanması fəaliyyətini həyata keçirir. Bu, 2008-2011-ci illər arasında itkin düşmüş şəxslər haqqında ətraflı məlumat toplanması layihəsinə əlavədir. Əsas məqsəd, bu məlumatları toplayaraq onları gələcəkdə itkin düşmüş şəxslərin şəxsiyyətlərinin müəyyən edilməsi üçün istifadə etməkdir.

BQXK eyni zamanda itkin düşmüş şəxslərin ailələrinə psixoloji yardım göstərməyə də çalışır. 2012-ci ildə Bakı nümayəndəliyi Müşayiət Proqramına start vermişdir və bu layihə vasitəsi ilə 3000-dən çox insana psixo-sosial dəstək göstərilmişdir. Bundan əlavə, 103 şəxs “müşayiətçi” təlimi alaraq dəstək qrupları ilə işləmək bacarıqları əldə etmiş, 15 şəxs isə koordinator bacarıqlarına yiyələnib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm