Nida Xəbər
Azərbaycan tarixilə bağlı animasiya filmi çəkilir
“Gəncliyin Şöləsi” Gənclərin İnkişafı İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Azərbaycanda ilk dəfə olaraq innovativ bir layihə icra edir.
“Gəncliyin Şöləsi” Gənclərin İnkişafı İctimai Birliyinin mətbuat
xidmətindən verilən məlumata görə, Azərbaycan Tarixi Milli
Animasiya Filminin hazırlanması və təqdimatı layihəsi cari ilin
avqust – dekabr aylarında Bakı şəhərində icra olunacaqdır. Layihə
çərçivəsində Azərbaycan tarixini qədim zamanlardan müasir dövrə
kimi qısa metrajlı “Azərbaycan Tarixi Milli Animasiya Filmi”nin
hazırlanması və ictimaiyyətə təqdim olunması planlaşdırılır.
Bu animasiya filmi Azərbaycan tarixində kinomatoqrafiya sahəsində
atılmış yeni bir addım olacaq və hər iki dildə (Azərbaycan və
İngilis) yerli və dünya ictimaiyyətinə təqdim olunaraq, Azərbaycan
xalqının qədim xalq olması və böyük dövlətçilik ənənələrinə sahib
olması filmdə əks olunacaq. Layihə çərçivəsində Azərbaycan tarixi
qədimdən bu günə kimi (e.ə. 2-ci minillikdən – 1993-cü ilə qədər)
qısa metrajli animasiya filmi ilə hazırlanacaq.
Filimdə Azərbaycanın tarixi ərazisində formalaşan dövlətlər və
onların ərazisi xüsusi animasiya effektləri ilə göstəriləcəkdir.
Azərbaycan yaradıcı gəncləri də cəlb olunaraq hazırlanacaq bu film
Azərbaycan tarixini 10 dəqiqədə milli animasiya filmi formasında
təsvir edəcəkdir. Məqsəd gənclərə Azərbaycanın milli tarixini ən
qədim dövrlərdən indiyə kimi 10 dəqiqə ərzində onların diqqətinə
çatdırmaqdır. Filmin hazırlanmasında Azərbaycanın tanınmış
tarixçiləri və bu sahə üzrə mütəxəsislər cəlb olunacaqdır.
Layihənin məqsədi Gənclər üçün Azərbaycanın milli tarixi filmlərinə
baxış təşkil etməklə, Azərbaycan tarixini qədim dövrdən bu günə
kimi göstərəcək qısa metrajlı tarixi animasiyafilmini hazırlamaqla
Azərbaycanın şərəfli tarixi səhifəsini və qəhrəmanlarını nümayiş
etdirmək, beləliklə, elmi təhlil və yeniyetmə və gənclərin
fikirləri ilə müasir azərbaycanlı gənclərin milli tarixi
qəhrəmanını yenidən müəyyənləşdirmək və qiymətləndirməkdir.
Layihənin gedişi haqqında ətraflı məlumat ictimaiyyətə təqdim
olunacaq.
-
Dünya21:36
Məşhur bloqer helikopterdən bir çanta pulu çimərliyə SƏPƏLƏDİ - VİDEO
-
Sosial21:24
Böyük ümidlərlə getmişdilər: ilk şəhidimizin məzarı tapılmadı - FOTO
-
Nəqliyyat19:48
Azərbaycanda bu taksi şirkəti BAĞLANIR - FOTO
-
Sosial19:12
Azərbaycanda tikintidə GÖRÜNMƏMİŞ HADİSƏ - VİDEO
-
Sosial18:40
Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə MÜJDƏ
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik