
Avqustun 30-da Berlin şəhərində Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası Müdafiə nazirlikləri arasında qərargah danışıqları keçirilib.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, görüş zamanı iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın cari vəziyyəti, perspektiv istiqamətləri nəzərdən keçirilib, təlim, təhsil, sülhməramlı əməliyyatlar üzrə əməkdaşlıq, eləcə də regional təhlükəsizlik məsələləri müzakirə olunub.