Moskva amerikalı həmsədrin Qarabağ üzrə bəyanatına cavab verdi
Bizi izləyin

Nida Xəbər

Moskva amerikalı həmsədrin Qarabağ üzrə bəyanatına cavab verdi

“Riçard Hoqlandın bəyanatı yeni deyil, onlara ABŞ, Rusiya və Fransa prezidentləri Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə birgə bəyanatlarında dəfələrlə istinad ediblər”.

Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bu haqda Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

“Hesab edirik ki, üç ölkəyə məxsus olan komanda ruhu saxlanılacaq”, - Zaxarova qeyd edib.

O, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü barədə məlumatının olmadığını da vurğulayıb.

Erməni jurnalistin Dağlıq Qarabağın danışıqlar prosesinə tərəf kimi qoşulmasının mümkünlüyü ilə bağlı sualına isə Rusiya XİN sözçüsü cavab verib ki, bu məsələ barədə Moskvanın ənənəvi mövqeyi var.

Xatırladaq ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland avqustun 23-də Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsiplərini “Amerikanın səsi”nin erməni xidmətində dərc edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm