Bayram namazı qılındı
Bizi izləyin

Nida Xəbər

Bayram namazı qılındı

Sentyabrın 1-2-də Azərbaycanda Qurban bayramı qeyd olunur.

Qurban bayramı ilə əlaqədar Azərbaycanın məscidlərində bayram namazı qılınıb.

Trend-in məlumatına görə, bu gün Qurban bayramı münasibətilə saat 09:00-dan etibarən Azərbaycanda fəaliyyət göstərən bütün məscidlərdə, o cümlədən Bakının “Təzəpir” məscidində bayram namazı qılınıb.

Yüz minlərlə insan məscidlərə axışaraq namaz qılıb, dualar edib, Allahdan bağışlanmalarını diləyib. Həmçinin Azərbaycanın ərazi bütövlüyünün bərpası, ölkəmizin ən ağrılı yarası olan Dağlı Qarabağ probleminin tezliklə həlli, ordumuzun torpaqlarımızı düşmən işğalından azad etməsi üçün dua edilib.

Qeyd edək ki, sentyabrın 1-2-də Azərbaycanda Qurban bayramı qeyd olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm