• USD 1,7000 0,00% EUR 1,9423 +0,41%
    • GBP 2,1665 +0,16% RUB 0,0253 -0,40%

Xarici işlər nazirləri BƏYANNAMƏ qəbul etdi (YENİLƏNDİ)

Xarici işlər nazirləri BƏYANNAMƏ qəbul etdi

Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin 6-cı toplantısı başa çatıb.

Publika.az xəbər verir ki, toplantı çərçivəsində “2017-2019-cu illərdə üçtərəfli əməkdaşlıq planı” imzalanıb.

Nazirlər görüşün yekununa dair birgə Bəyannamə qəbul ediblər.

***

Türkiyə, Azərbaycan və Gürcüstanın siyasi məsələlərdə və beynəlxalq arenada fikirləri üst-üstə düşür.

Publika.az xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mətbuat konfransında deyib.

Onun sözlərinə görə, TANAP layihəsi üzrə işlər Azərbaycan və Türkiyədə bitmək üzrədir.

Nazir üç ölkənin iştirak etdiyi digər layihənin Bakı-Tbilisi-Qars olduğunu diqqətə çatdırıb.

Elmar Məmmədyarov Türkiyədə dəmir yol xəttin tikintisi yaxın vaxtlarda başa çatacağını bildirib: “Şərqlə Qərbi birləşdirən xətt yaxın vaxtlarda işə düşəcək”.

***

Bir daha bəyan edirik ki, Türkiyə Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir və bundan sonra da dəstəkləyəcək.

Publika.az xəbər verir ki, bu sözləri Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin 6-cı görüşündən sonra mətbuat konfransında Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O, üç ölkənin XİN rəhbərlərinin 6-cı toplantısının Bakıda keçirilməsinə görə şad olduğunu bildirib: “Ötən gün prezident İlham Əliyevlə görüşümüz zamanı ikitərəfli və regional məsələləri müzakirə etdik. Bu görüşlər sadəcə üç ölkənin deyil, bütün Avropanın enerji təhülkəsliyi ilə baxımından da önəmlidir. Hazırda Qarsdan Tiflisə qədər olan ərazidə Bakı-Tbilisi-Qars yolunda sınaq həyata keçiririk. Bu hissədə test bitdikdən sonra Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin nə vaxt açılacağına dair konkret tarix bəlli olacaq. Üçtərəfli görüş zamanı müdafiə, iqtisadi və digər sahələrdə də üçtərəfli münasibətlər ətrafında da fikir mübadiləsi apardıq”.

***

Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin 6-cı toplantısı başlayıb.

Publika.az xəbər verir ki, Elmar Məmmədyarov, Mixail Canelidze və Mövlud Çavuşoğlu arasında media üçün qapalı keçirilən üçtərəfli görüşdə siyasi, iqtisadi və digər sahələrdə məsələlər müzakirə olunacaq. Görüş zamanı regional, beynəlxalq məsələlərin, həmçinin Dağlıq Qarabağ münaqişəsinin müzakirə ediləcəyi nəzərdə tutulub.

Görüşdə əvvəlki görüşlərdə qəbul olunmuş qərarların nəzərdən keçirilməsi, 3 ölkənin iştirakı ilə regional əməkdaşlıq məsələlərinin müzakirə olunması və sonda “2017-2019-cu illərdə üçtərəfli əməkdaşlıq planı”nın imzalanması gözlənilir.

Görüşdən sonra hər üç nazir birgə mətbuat konfransı keçirərək jurnalistlərin suallarını cavablandıracaq.

***

"Bu il BMT Baş Assambleyasında Azərbaycanın işğal olunmuş ərazilərinə və GUAM ölkələrində dondurulmuş münaqişələrə dair 2 qətnamə müzakirə ediləcək".

Bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstan və Türkiyə xarici işlər nazirləri ilə birgə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, müzakirələrdən sonra GUAM ölkələri BMT Baş Assambleyası çərçivəsində birgə bəyanatla çıxış edə bilər.

Nazir məsələnin GUAM ölkələri ilə razılaşdırılacağını qeyd edib.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>