Elmar Məmmədyarov Macarıstanın yeni səfiri ilə görüşdü
Bizi izləyin

Nida Xəbər

Elmar Məmmədyarov Macarıstanın yeni səfiri ilə görüşdü

Xarici işlər naziri Elmar Məmmədyarov Macarıstanın Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Viktor Szederkenini qəbul edib.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, görüşdə səfir etimadnaməsinin surətini E.Məmmədyarova təqdim edib.

V.Szederkeni ölkəsinin enerji, nəqliyyat, turizm, mədəniyyət və digər sahələrdə Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edərək, diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməcəyini bildirib.

Nazir V.Szederkeninə diplomatik fəaliyyətində uğurlar arzu edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm